...

Azərbaycan İpoteka Fondu xarici bazarlardan vəsait cəlb edilməsi məqsədilə beynəlxalq kredit reytinqindən istifadə etmək niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Oktyabr 2009 12:36 (UTC +04:00)
Fitch Ratings Beynəlxalq Reytinq Agentliyi tərəfindən Azərbaycan İpoteka Fonduna kredit reytinqinin verilməsi Azərbaycan İpoteka Fonduna gələcəkdə daxili bazarla yanaşı, xarici bazarlardan da sərbəst vəsaitlərin cəlbinə, bununla da növbəti illərdə ipoteka kreditləşməsinin davamlılığının və fasiləsizliyinin təmin edilməsinə zəmin yaradır, fondun məlumatında deyilir.
Azərbaycan İpoteka Fondu xarici bazarlardan vəsait cəlb edilməsi məqsədilə beynəlxalq kredit reytinqindən istifadə etmək niyyətindədir

Azərbaycan, Bakı, 28 oktyabr / Trend , müxbir N.İsmayılova/

Fitch Ratings Beynəlxalq Reytinq Agentliyi tərəfindən Azərbaycan İpoteka Fonduna kredit reytinqinin verilməsi Azərbaycan İpoteka Fonduna gələcəkdə daxili bazarla yanaşı, xarici bazarlardan da sərbəst vəsaitlərin cəlbinə, bununla da növbəti illərdə ipoteka kreditləşməsinin davamlılığının və fasiləsizliyinin təmin edilməsinə zəmin yaradır, Fondun məlumatında deyilir.

Fitch Ratings Beynəlxalq Reytinq Agentliyi Azərbaycan İpoteka Fonduna yerli və xarici valyutada uzunmüddətli öhdəliklər üzrə stabil proqnozlu BB kredit reytinqi verib. Fondun məlumatında deyildiyi kimi, Azərbaycan Respublikasının ölkə reytinqindən (BB+) cəmi bir pillə aşağı olan bu reytinq Fondun maliyə stabilliyinin, sağlam kredit portfelinə malik olmasının və yüksək ödəniş qabiliyyətinin göstəricisidir.

AİF hazırda ölkədə fəaliyyət göstərən dövlət təşkilatları arasında beynəlxalq kredit reytinqi alan ilk dövlət təşkilatıdır.

Hazırda Azərbaycan İpoteka Fondunun xətti ilə ölkədə verilən ipoteka kreditlərinin ümumi məbləği 132 mln. manatı keçmişdir. 2005-2009-cu illərdə dövlət büdcəsindən Fonda 72,4 mln. manat vəsait ayrılmışdır.

Oktyabarın 28-nə olan rəsmi məzənnə 0,8033 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti