...

"Bank of Azerbaijan" "BizKlub"a üzv olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Noyabr 2009 15:17 (UTC +04:00)
Daima öz müştərilərinin imkanlarının genişləndirilməsi haqda düşünən "Bank of Azerbaijan” “BizKlub”a üzv olub, bu barədə bankın cümə axşamı yayılan məlumatında deyilir.
"Bank of Azerbaijan" "BizKlub"a üzv olub

Azərbaycan, Bakı, 05 noyabr / Trend /

Daima öz müştərilərinin imkanlarının genişləndirilməsi haqda düşünən "Bank of Azerbaijan" "BizKlub"a üzv olub, bu barədə bankın cümə axşamı yayılan məlumatında deyilir.

Bundan sonra "BizKlub"un üzvləri olan "Azercell" abonentlərinə müxtəlif güzəştlərdən yararlanmaq imkanı veriləcək. "Bank of Azerbaijan"da hesab açan "BizKlub"un hər bir üzvünə aşağıdakı imtiyazlar verilir: üçüncü şəxsin adına bank əmanətini rəsmiləşdirmək; ona rahat olan sxemlə əmanətdən faizlər əldə etmək; hesaba toxunmadan pullardan istifadə etmək.

Bundan başqa, "BizKlub"un hər bir üzvünə hədiyyə olaraq "Bank of Azerbaijan"-ın plastik kartı təqdim olunacaq. Bu kart onun qarşısında aşağıda qeyd olunan geniş imkanlar açacaq: "MobilBank" xidmətinə pulsuz qoşulma; mobil telefon vasitəsilə kommunal xidmətlərin komissiyon haqqı olmadan ödənməsi; plastik kartdakı qalıq pula və pul dövriyyəsinə real rejimdə müşahidə edilməsi. "BizKlub"un üzvləri kreditləşmə xidmətlərindən daha sərfəli şərtlərlə yararlana bilərlər: xüsusi analiz nəticəsində alınmış məbləğdən 10% daha çox kreditin verilməsi; kreditə 0,5-dən 2%-dək güzəşt.

"BizKlub" - "Azercell"in fakturalı xətt abonentləri və korporativ abonentləri üçün nəzərdə tutulmuş sərfəli danışıq, müxtəlif güzəşt və endirimlər klubudur. "Bank of Azerbaijan"ın "BizKlub"a qəbul olunması nəticəsində əmanətçilər üçün çoxsaylı yeni imkanlar açılır. Bank bundan sonra da öz müştəriləri ilə tərəfdaşlı və etibarlı münasibətlərin qurulması istiqamətində uğurlu siyasət aparacaq, məlumatda deyilir.

"Bank of Azerbaijan"ın nizamnamə kapitalının həcmi 15 000 000 manat, bank aktivlərinin ümumi həcmi isə 144 milyon manatdan çox təşkil edir.

Xəbər lenti

Xəbər lenti