Azərbaycan, Bakı, 09 noyabr / Trend , müxbir Ü.İsmayılova/
Yanvar-oktyabr aylarında "AtaSığorta" ASC-nin topladığı sığorta haqlarının ümumi həcmi 2,38 mln. manat, verilmiş sığorta ödənişləri isə 0,58 mln. manat təşkil edib. Bu barədə şirkətin bazar ertəsi yayılan məlumatında deyilir.
Yanvar-oktyabr aylarında şirkətin ümumi gəlirləri 4,18 mln. manat, ümumi xərcləri 3,25 mln. manat olmaqla, balans mənfəəti 0, 93 mln. manat təşkil edib ki, bu da nəzərdə tutulan proqnoz göstəricidən 40,3% çoxdur.
"AtaSığorta" ASC 2004-cü ilin sentyabr ayından sığorta bazarında fəaliyyət göstərir. Səhmdarı "AtaHoldinq" ASC olan şirkətin faktiki ödənilmiş nizamnamə kapitalı 2 milyon manat təşkil edir.
Noyabrın 09-na olan rəsmi məzənnə 0,803 AZN/USD təşkil edir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]