...

Azərbaycanda "quş qripi"nə yoluxma faktları aşkar edilməyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Fevral 2010 15:40 (UTC +04:00)
Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Xidməti tərəfindən fevralın 15-də başlanan növbəti monitorinq zamanı vəhşi və ev quşlarında "quş qripi" virusuna yoluxma faktları aşkar edilməyib.
Azərbaycanda "quş qripi"nə yoluxma faktları aşkar edilməyib

Azərbycan, Bakı, 26 fevral / Trend , müxbir Ü.İsmayılova/

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Xidməti tərəfindən fevralın 15-də başlanan növbəti monitorinq zamanı vəhşi və ev quşlarında "quş qripi" virusuna yoluxma faktları aşkar edilməyib. Bu barədə Baytarlıq Xidmətinin cümə günü yaydığı məlumatda bildirilir.

"Monitorinq çərçivəsində xidmətin əməkdaşları 24 vəhşi və 1272 ev quşundan götürülmüş patoloji materialların nümunələrinin laborator analizini keçiriblər", - məlumatda qeyd olunur.

Monitorinqlər Abşeron yarımadası, Dəvəçi, Salyan, Ağcabədi, Lənkəran rayonlarında və digər sahil zonalarında keçirilib.

"Quş qripi" virusuna yoluxma faktının aşkarlanması üzrə monitorinqlər Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Xidməti, Səhiyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, həmçinin Ovçular Cəmiyyəti tərəfindən birgə keçirilib.

Baytarlıq Xidməti yerli quşların köçəri quşlar vasitəsilə yoluxmasının mümkünlüyünü nəzərə alaraq, gələcəkdə də monitorinqləri davam etdirmək niyyətindədir. Virusun aşkar edilməsi üzrə növbəti monitorinqə martın 29-da - köçəri quşların miqrasiyası dövründə start veriləcək.

Xəbər lenti

Xəbər lenti