...

AGBank "Uduşlu Kupon" kampaniyasının növbəti qalibini müəyyən edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Mart 2010 15:24 (UTC +04:00)
AGBank-ın keçirdiyi "Uduşlu Kupon" kampaniyasının növbəti qalibi məlum olub. "Bu, Azərbaycan Beynəlxalq Bankının müştərisi, 1983-cü ildə anadan olan Günel Sultanovadır", - AGBank-ın mətbuat xidməti bildirir.
AGBank "Uduşlu Kupon" kampaniyasının növbəti qalibini müəyyən edib

Azərbaycan, Bakı, 10 mart / Trend /

AGBank-ın keçirdiyi "Uduşlu Kupon" kampaniyasının növbəti qalibi məlum olub. "Bu, Azərbaycan Beynəlxalq Bankının müştərisi, 1983-cü ildə anadan olan Günel Sultanovadır", - AGBank-ın mətbuat xidməti bildirir.

Bankın məlumatında deyilir ki, son iki ayda yeddi nəfər uduşlu kuponun sahibi olub. Bir qədər əvvəl şirkətin iki qalibi 500 manat həcmində kupon alıb.

AGBank-ın ölkədə analoqu olmayan "Uduşlu Kupon" kampaniyası çərçivəsində bankın bankomatlarında yalnız 500 və 200 manatlıq kuponlar yerləşdirilir. Ən əsası odur ki, bu kuponları təkcə AGBank kartının sahibləri deyil, həm də Azərbaycanın və ümumilikdə dünyanın istənilən bankının kart sahibləri ala bilər.

Xəbər lenti

Xəbər lenti