...

Azərbaycan Parlamenti hökumətin 2009-cu ildəki fəaliyyətinə dair hesabatını təsdiqləyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Mart 2010 18:17 (UTC +04:00)
Çərşənbə axşamı Azərbaycan Parlamenti 100 səs lehinə və 8 səs əleyhinə olmaqla, hökumətin 2009-cu ildəki fəaliyyətinə dair hesabatını təsdiqləyib.
Azərbaycan Parlamenti hökumətin 2009-cu ildəki fəaliyyətinə dair hesabatını təsdiqləyib

Azərbaycan, Bakı, 16 mart / Trend , müxbir İ.Xəlilova/

Çərşənbə axşamı Azərbaycan Parlamenti 100 səs lehinə və 8 səs əleyhinə olmaqla, hökumətin 2009-cu ildəki fəaliyyətinə dair hesabatını təsdiqləyib. Bundan əvvəl ölkənin Baş naziri Artur Rasizadə hökumətin hesabatını parlamentə təqdim edərkən bildirib ki, dünya maliyyə və iqtisadi böhranına baxmayaraq, ötən il Azərbaycanda makroiqtisadi sabitlik saxlanılıb, real artım və əhalinin rifahı təmin edilib.

Onun sözlərinə görə, Azərbaycanın tarixində ilk dəfə olaraq 2009-cu ildə neft hasilatı 2008-ci illə müqayisədə təxminən 14 faiz artaraq 50 milyon tonu keçib. Qaz hasilatı 21,6 milyard kubmetrə çatıb və 2008-ci illə müqayisədə 300 milyon kubmetr artıb.

"Azərbaycan iqtisadiyyatının diversifikasiyası nəticəsində ölkənin qeyri-neft sektorunda artım nümayiş olunub", - Rasizadə deyib.

Hesabat dövründə real ÜDM artımı 9,3 faiz təşkil edərək 34,6 mrld manata çatıb, qeyri-neft sektorunda isə 3,2 faiz təşkil edib. İnflyasiyanın səviyyəsi 1,5 faizə enib.

Xəbər lenti

Xəbər lenti