...

Fevralda Bakının təkrar avtomobil bazarında mövsümi passivlik müşahidə olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Mart 2010 17:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 mart / Trend , müxbir Ü.İsmayılova/

Fevralda Bakının təkrar avtomobil bazarında mövsümi passivlik müşahidə olunub. İyul ayının 1-dən etibarən Avro-2 standartlarına cavab verməyən avtomobillərin ölkəyə idxal edilməsinə məhdudiyyət qoyulması barədə hökumətin bəyanatı vəziyyəti çətinləşdirib. Bu barədə cümə günü "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyindən bildirilib.

"Avtomobillərin alqı-satqısı üzrə bağlanan sövdələşmələrin dinamikası fevralda daha 1,9 faiz aşağı düşüb", - təşkilatdan bildirilib. Təşkilatın nümayəndələri qeyd ediblər ki, əvvəlcə bağlanan sövdələşmələrin mövsümi azalması 0,5 faiz təşkil edib.

Ötən ay avtomobillərin orta qiyməti 15 380 dollar təşkil edib.

Avtomobillərin likvidlik əmsalı son 3 il üzrə ən aşağı göstəriyə çatıb.

Ötən ay bazarda 7 700 avtomobil təkilf edilib ki, bunlardan yalnız 44,9 faizi fevralda təklif olunanlardır. Qalan 55,1 faizi isə keçən aylardan qalan avtomobillərdir.

Monitorinqlərin nəticələrinə görə, ötən aylarda olduğu kimi, bazara təklif edilən avtomobillər Avro-2 standartlarına cavab vermir.

Azərbaycanın Nazirlər Kabineti "Azərbaycan Respublikası ərazisində dövriyyəyə buraxılan (idxal və Azərbaycan Respublikasında istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosferə atılan zərərli maddələrə dair tələblərin Avropa standartlarına uyğunlaşdırılması tədbirləri haqqında" qərar qəbul edib. Qərara əsasən, 2010-cu il iyulun 1-dən etibarən dövriyyəyə buraxılan avtonəqliyyat vasitələrinə "Avro-2" ekoloji normaları (atmosferə atılan zərərli maddələrə dair) tətbiq ediləcək.

Həmin qərara uyğun olaraq, "Azərbaycan Respublikasının ərazisində dövriyyəyə buraxılan (idxal və Azərbaycan Respublikasında istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosferə atılan zərərli maddələrə dair tələblərin Avropa standartlarına uyğunlaşdırılması üzrə Tədbirlər Planı" da təsdiq edilib.

Xəbər lenti

Xəbər lenti