...

"Flydubai" aviaşirkəti sərnişinlərini pulsuz daşıyacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyul 2010 15:45 (UTC +04:00)
Dubayın birinci büdcə aviaxətti "Flydubai" müqəddəs Ramazan ayında avqustun 15-dən sentyabrın 6-dək səyahət edən sərnişinlərinə bilietin dəyərinin 100 faizini qaytaracaq.
"Flydubai" aviaşirkəti sərnişinlərini pulsuz daşıyacaq

Azərbaycan, Bakı, 21 iyul /Trend/

Dubayın birinci büdcə aviaxətti "Flydubai" müqəddəs Ramazan ayında avqustun 15-dən sentyabrın 6-dək səyahət edən sərnişinlərinə bilietin dəyərinin 100 faizini qaytaracaq. Bu barədə şirkətin çərşənbə günü yayılan məlumatında deyilir.

Sərnişinlər yalnız avqustun 1-dək sifariş edilən və avqustun 15-dən sentyabrın 6-dək həyata keçirilən müəyyən reyslərə görə vergilər ödəməli olacaqlar. Təzminat sərnişinlərə sentyabrın 9-da vauçer şəklində elektron poçt vasitəsilə veriləcək. Göstərilən vauçerləri əldə edən sərnişinlər ondan 8 dekabr 2010-cu il tarixdə istifadə edə biləcəklər.

Adıçəkilən təklif Bakı-Dubay reysinin sərnişinləri üçün də qüvvədəddir. Təklif "Flydubai" şirkətinin Kabil, Cibuti, Ərbil və İstanbul istisna olmaqla, bütün təyinat nöqtələrindən uçan sərnişinlər üçün də qüvvədədir.

İyulun 17-də "Flydubai" şirkəti İraqın Ərbil şəhərinə uçuş həyata keçirməklə təyinat nöqtələrini 22-yə çatdırıb.

Dubayın birinci büdcə aviaşirkəti "Flydubai" Dubay hökuməti tərəfindən 2008-ci ilin martında yaradılıb və 2009-cu il iyunun 1-də kommersiya uçuşlarını yerinə yetirməyə başlayıb.

Hazırda "Flydubai" aviaşirkətinin hava donanmasına Boeing 737-800 tipli doqquz təyyarə daxildir. Şirkət Beyrut (Livan), Əmman (İordaniya), Dəməşq və Hələb (Suriya), Hartum (Sudan), Laknau (Hindistan), İstanbul (Türkiyə), Latakiya (Suriya), Kəraçi (Pakistan), Kolombo (Şri-Lanka) və Ərbil (İraq) şəhərlərinə uçuşlar həyata keçirir.

Xəbər lenti

Xəbər lenti