...

Azərbaycan şirkəti Avropa İttifaqının "Sustainable Energy Europe Campaign" proqramının rəsmi tərəfdaşı elan edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Avqust 2010 14:08 (UTC +04:00)
Balaxanı zibilyandırma zavodunun Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi ilə bağladığı müqavilə əsasında, zavodun tikintisini həyata keçirən Fransanın "CNİM" S.A. şirkətinin əsas benefisiarı olan "Təmiz Şəhər" ASC Avropa İttifaqının "Sustainable Energy Europe Campaign" (bərpa olunan enerji mənbələri) proqramının rəsmi tərəfdaşı elan edilib. Bu barədə SC-nin çərşənbə axşamı yaydığı məlumatında deyilir.
Azərbaycan şirkəti Avropa İttifaqının "Sustainable Energy Europe Campaign" proqramının rəsmi tərəfdaşı elan edilib

Azərbaycan, Bakı, 10 avqust /Trend/

Balaxanı zibilyandırma zavodunun Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi ilə bağladığı müqavilə əsasında, zavodun tikintisini həyata keçirən Fransanın "CNİM" S.A. şirkətinin əsas benefisiarı olan "Təmiz Şəhər" ASC Avropa İttifaqının "Sustainable Energy Europe Campaign" (bərpa olunan enerji mənbələri) proqramının rəsmi tərəfdaşı elan edilib. Bu barədə SC-nin çərşənbə axşamı yaydığı məlumatında deyilir.

Avropa İttifaqı çərçivəsində "Sustainable Energy Europe Campaign" proqramı 2005-ci ildə təsis edilib. Ötən beş il ərzində layihəyə Avropanın 90 iri şirkəti qoşulub. Layihənin əsas məqsədi ictimaiyyəti, yerli və regional səviyyədə qərarlar qəbul edən şəxsləri bərpa olunan enerji mənbələri haqqında məlumatlandırmaq, tərəfdaşlara bərpa olunan enerji mənbələri ilə əlaqədar layihələrə fərdi qaydada sərmayələrin yatırılmasının stimullaşdırılması və təcrübə mübadiləsi aparılması imkanlarının verilməsidir. Hazırda "Sustainable Energy Europe Campaign"ın rəsmi tərəfdaşları tərəfindən bərpa olunan enerji mənbələri, alternativ enerji, enerjini mühafizə edən resurslar və enerji istehsalının effektivliyinin artırılması ilə bağlı 500-dən artıq layihə reallaşdırılır.

Balaxanı zibilyandırma zavodunun tikintisi Azərbaycan Prezidentinin 2006-cı il 28 sentyabr tarixli fərmanı ilə təsdiq olunmuş "2006-2010-cu illərdə Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılması üzrə kompleks tədbirlər planı" çərçivəsində həyata keçirilir. Zavodun gücü ildə 500 min ton bərk tullantının və 10 min ton tibbi tullantıların utilizəsinə imkan verəcək. Bu cür zavodlar dünyada "Tullantıdan enerjiyə" (Waste to Energy) sinfindən olan müəssisələr kimi tanınır. Bakıda tikilən zibilyandırma zavodu 231,5 milyon kilovat-saat elektrik enerjisi istehsal edəcək. Zavod zibilin ümumi kütləsini üç dəfə, həcmini isə 10 dəfə azaltmağa imkan verəcək. Zibilyandırma zavodu 2012-ci ilin sonlarında istismara veriləcək.

Balaxanı zibilyandırma zavodu bərk tullantıların yandırılması üzrə dördüncü nəsil zavodlara aiddir və Azərbaycan Respublikası ilə Avropa İttifaqının ən ciddi ekoloji normativ aktlarına, eləcə də ətraf mühitin mühafizəsi sahəsində bütün beynəlxalq normalara uyğundur.

Xəbər lenti

Xəbər lenti