...

Koreyanın "KECC" Korporasiyası Abşeron magistral kanalının texniki-iqtisadi əsaslandırmasını hazırlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Avqust 2010 14:55 (UTC +04:00)
KOİCA-nın (Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi) "Azərbaycanda Abşeron magistral kanalının suvarma məqsədilə təkmilləşdirilməsi və şimal çaylarında suqəbuledici qurğuların müasirləşdirilməsi üçün texniki-iqtisadi əsaslandırma və təfsilatlı layihələndirmə"sinə dair aralıq iclası keçirilib. Bu barədə KOİCA-nın Azərbaycandakı nümayəndəliyinin cümə axşamı yaydığı məlumatında deyilir.
Koreyanın "KECC" Korporasiyası Abşeron magistral kanalının texniki-iqtisadi əsaslandırmasını hazırlayıb

Azərbaycan, Bakı, 12 avqust /Trend/

KOİCA-nın (Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi) "Azərbaycanda Abşeron magistral kanalının suvarma məqsədilə təkmilləşdirilməsi və şimal çaylarında suqəbuledici qurğuların müasirləşdirilməsi üçün texniki-iqtisadi əsaslandırma və təfsilatlı layihələndirmə"sinə dair aralıq iclası keçirilib. Bu barədə KOİCA-nın Azərbaycandakı nümayəndəliyinin cümə axşamı yaydığı məlumatında deyilir.

Koreya Mühəndis Konsultant Korporasiyası (KECC) KOİCA layihəsini icra edən şirkət olaraq, Azərbaycan tərəfinə texniki-iqtisadi əsaslandırmanın nəticəsini təqdim edib. İclasda, həmçinin, müzakirə sessiyası olmuş və azərbaycanlı ekspertlər texniki-iqtisadi əsaslandırmanın nəticəsi barədə rəy və təkliflərini bildirmişlər.

Layihə ərazisi Qusar çayları hövzəsinin suqəbuledici qurğuları (6ea) və Abşeron magistral kanalıdır (73 km) və layihə büdcəsi 2 il (2009-2010) müddətində 3,4 mln ABŞ dollarıdır.

Layihənin tərkib hissələri bunlardır: Azərbaycan üçün ən optimal suvarma metodologiyasının öyrənilməsi, şimal çaylarındakı suqəbuledici qurğular və Abşeron magistral kanalının təfsilatlı layihələndirilməsinin aparılması, azərbaycanlı dövlət işçiləri və mütəxəssislər üçün təlim proqramı, zəruri elektron avadanlığının təmin edilməsi (kompüter və printer və s.).

KOİCA-nın məqsədi inkişaf etməkdə olan ölkələrlə əməkdaşlığın gücləndirilməsi və qarşılıqlı mübadilənin təşviqi, onların iqtisadi və sosial inkişafına yardım və beləliklə də beynəlxalq inkişaf əməkdaşlığına şərait yaratmaqdır.

KECC KOİCA ilə əməkdaşlıq çərçivəsində suvarma sistemi çatışmayan ölkələrlə öz təcrübəsini bölüşərək və ikinci dərəcəli təhsil proqramı təklif edərək, texniki-iqtisadi əsaslandırma və suvarma sisteminin təfsilatlı layihələndirməsi üçün xaricdə layihələr həyata keçirir.

Xəbər lenti

Xəbər lenti