...

Azərbaycanda pirat DVD-disklərin yayılması ilə bağlı iş qaldırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Sentyabr 2010 16:56 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən xarici ölkələrdə istehsal olunmuş və yalnız bu ölkələrdə istifadəsi nəzərdə tutulmuş DVD-lərin piratçılıq yolu ilə çoxaldılmaqla satıldığı aşkar edilib.
Azərbaycanda pirat DVD-disklərin yayılması ilə bağlı iş qaldırılıb

Azərbaycan, Bakı, 28 sentyabr /Trend/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən xarici ölkələrdə istehsal olunmuş və yalnız bu ölkələrdə istifadəsi nəzərdə tutulmuş DVD-lərin piratçılıq yolu ilə çoxaldılmaqla satıldığı aşkar edilib. Bu barədə çərşənbə axşamı nazirlikdən verilən məlumatda deyilir.

"Nəticədə ticarət obyektlərindən 2,7 min ədəd pirat DVD-lər satışdan çıxarılaraq məsul saxlanmaya götürülüb", - məlumatda deyilir.

Azərbaycanda pirat DVD-disklərin satışı barədə yoxlamalar dövlət xidmətinə daxil olan şikayətlər əsasında başlanılıb. Bununla bağlı, Bakının bir sıra ticarət obyektlərində audiovizual məhsulların satışı üzrə qanunvericiliyə uyğun yoxlamalar aparılıb.

"Pirat DVD-lər satmaqla istehlakçıların çaşdırılmasına və haqsız rəqabətə yol verdiklərinə görə qeyd olunan təsərrüfat subyektləri barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb", - məlumatda deyilir.

Xəbər lenti

Xəbər lenti