...

Azərbaycanda Qazax rayonunun potensialının inkişafı məqsədilə investisiya layihələrinin qəbuluna başlanılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Oktyabr 2010 11:40 (UTC +04:00)
Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu oktyabrın 8-də Qazax rayonunda "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirib.
Azərbaycanda Qazax rayonunun potensialının inkişafı məqsədilə investisiya layihələrinin qəbuluna başlanılıb

Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu oktyabrın 8-də Qazax rayonunda "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirib. Bu barədə çərşənbə axşamı nazirliyin məlumatında deyilir.

Tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb və Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Qazax rayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

- İntensiv bağçılıq və tərəvəzçilik;
- Meyvə (üzüm və digər meyvələr, o cümlədən meşə meyvələri və giləmeyvələri) və tərəvəz məhsullarının emalı müəssisəsinin yaradılması.

Bu gündən etibarən sahibkarlıq subyektləri müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Sahibkarlar məsləhət və əlavə məlumatı Sahibkarlığa Kömək Milli Fondundan ala bilərlər. Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172, telefon: (012) 432-39-69, faks: (012) 434-74-29, e-mail: [email protected]

Xəbər lenti

Xəbər lenti