...

"Caspian Financial" brokerlərin renkinqində lider mövqeyini qoruyub

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Dekabr 2010 16:52 (UTC +04:00)
2010-cu ilin noyabr ayında dövlət qiymətli kağızlar bazarında (repo əməliyyatlar bazarı istisna olmaqla) Bakı Fond Birjasının (BFB) analitik şöbəsinin hesablamalarına əsasən, brokerlərin renkinqinə göstərilmiş xidmətlərin həcminə görə "Caspian Financial ltd" MMC başçılıq edir. Şirkət 3 müştəriyə ümumi dəyəri 46,838 milyon manat olan broker xidmətləri göstərib. Bu barədə BFB-nin şənbə günü yaydığı məlumatda deyilir.
"Caspian Financial" brokerlərin renkinqində lider mövqeyini qoruyub

Azərbaycan, Bakı, 4 dekabr/Trend /

2010-cu ilin noyabr ayında dövlət qiymətli kağızlar bazarında (repo əməliyyatlar bazarı istisna olmaqla) Bakı Fond Birjasının (BFB) analitik şöbəsinin hesablamalarına əsasən, brokerlərin renkinqinə göstərilmiş xidmətlərin həcminə görə "Caspian Financial ltd" MMC başçılıq edir. Şirkət 3 müştəriyə ümumi dəyəri 46,838 milyon manat olan broker xidmətləri göstərib. Bu barədə BFB-nin şənbə günü yaydığı məlumatda deyilir.

İkinci yeri isə 2 müştəriyə ümumi həcmi 16,81 milyon manat olan broker xidmətləri göstərmiş " BoB Broker" tutub.

Göstərilmiş broker xidmətlərinin həcminə görə üçüncü yerdə isə 13,7 milyon manatla " Brokdil-Az " qərarlaşıb.

2010-cu il noyabr ayı üzrə DQK bazarında göstərilmiş xidmətlərin həcminə görə brokerlərin renkinqi:

Xidmətlərin həcminə görə cari yer

Xidmətlərin həcminə görə əvvəlki yeri

Brokerlər

Əqdlərin sayı

Müştərilərin sayı

Əməliyyatların həcmi

1 (-)

1

"Caspian Financial ltd" MMC

15

3

46 838 010,50

2 (▲)

3

"BoB Broker" MMC

8

1

16 805 976,81

3 (▼)

2

"Brokdil-Az" MMC

9

2

13 695 389,95

4 (▲)

5

"Unicapital" ASC

3

2

13 311 155,96

5 (-)

-

"Standard Kapital" MMC

5

1

10 104 178,42

6 (▼)

4

"Respublika İnvest" MMC

6

2

8 683 680,87

7 (▼)

6

"Texnika Kapital Menecment" MMC

6

3

8 416 055,50

8 (-)

-

"Yapi Kredi İnvest" MMC

2

1

1 148 849,46

Dekabrın 4-nə olan rəsmi məzənnə 0,7998 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti