Azərbaycan, Bakı, 23 dekabr /Trend, müxbir E.İsmayılov/
Son on il ərzində Azərbaycanda qaçqınların və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına 3,4 milyard manat vəsait xərclənib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib.
Onun sözlərinə görə, bu vəsaitdən 2,6 milyard manat dövlət vəsaitlərinin (dövlət büdcəsi və Dövlət Neft Fondunun büdcəsi), yerdə qalan 0,8 milyard isə beynəlxalq təşkilatların payına düşür.
"Bu dövr ərzində 67 müasir qəsəbə, 20 min mənzil, 40 uşaq bağçası, iki Olimpiya Kompleksi, 126 məktəb inşa edilib", - baş nazirin müavini bildirib.
Dekabrın 23-nə rəsmi məzənnə 0,7987 AZN/USD təşkil edir.