...

Azərbaycanda turizm sahəsinin inkişaf perspektivləri müzakirə edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Yanvar 2011 15:15 (UTC +04:00)
Çərşənbə axşamı mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkə Prezidentinin 2011-ci ili "Turizm ili" elan etməsi çərçivəsində nazirliyin turizm sektorunun, turizm şirkətləri əməkdaşları və hotel rəhbərləri ilə işgüzar görüş zamanı daha fəal olmağa çağırıb. Bu barədə nazirliyin çərşənbə axşamı yayılan məlumatında deyilir.
Azərbaycanda turizm sahəsinin inkişaf perspektivləri müzakirə edilib

Azərbaycan, Bakı, 19 yanvar/Trend, müxbir Ü.İsmayılova/

Çərşənbə axşamı mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkə Prezidentinin 2011-ci ili "Turizm ili" elan etməsi çərçivəsində nazirliyin turizm sektorunun, turizm şirkətləri əməkdaşları və hotel rəhbərləri ilə işgüzar görüş zamanı daha fəal olmağa çağırıb. Bu barədə nazirliyin çərşənbə axşamı yayılan məlumatında deyilir.

Nazir iclas iştirakçılarını beynəlxalq və yerli turizm sərgilərində mütəmadi iştirak etməyə, ölkədə turizmi beynəlxalq standartlar səviyyəsinə daha da yaxınlaşdıracaq təkliflərlə çıxış etməyə dəvət edib, məlumatda deyilir.

Qarayev iştirakçılara bu günə qədər əldə olunan nailiyyətlərlə kifayətlənməyib hələ də mövcud olan çatışmazlıqlara diqqət yetirməyi tövsiyə edib.

İclas zamanı turizm şirkətləri və hotel rəhbərləri mövcud problemlərdən danışaraq, onların həlli ilə bağlı təkliflərlə çıxış ediblər. 2011-ci ilin "Turizm ili" elan olunması çərçivəsində ilkin tədbirlər planı müzakirə olunub, eləcə də bilavasitə turizm sektoru və nazirliyin digər sektorları üçün vəzifələr müəyyən olunub.

Ölkə iqtisadiyyatında turizm sahəsinin qeyri-neft sektorunun istiqamətlərindən biri kimi perspektiv rolu da müzakirə edilib.

Yanvarın 14-də Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunan iclası zamanı 2011-ci ili Azərbaycanda "Turizm ili" elan edib.

"2011-ci ili "Turizm ili" elan etməyi təklif edirəm. 2011-ci ildə Bakıda beş beşulduzlu mehmanxana açılacaq. Hesab edirəm ki, bu hadisənin dünyada analoqu yoxdur. Eyni zamanda Bakıda dördulduzlu, üçulduzlu hotellər də tikilir. Regionlarda mehmanxana işi ilə bağlı böyük iş aparılır. Azərbaycanda turizmin inkişafı artıq reallıqdır", - Prezident qeyd edib.

Turizm Nazirliyinin məlumatına görə, ölkədə hazırda 207 turizm şirkəti, 295 mehmanxana və mehmanxana tipli obyekt fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti