...

Beynəlxalq Kipr Universiteti gələcəkdə azərbaycanlı tələbələrin artacağını gözləyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Fevral 2011 17:55 (UTC +04:00)
2010-2011-ci tədris ilində Azərbaycandan 44 tələbə təhsil üçün Beynəlxalq Kipr Universitetini seçib. Bu barədə universitetin rektoru, professor Məhmət Əli Yuksələn deyib.
Beynəlxalq Kipr Universiteti gələcəkdə azərbaycanlı tələbələrin artacağını gözləyir

Azərbaycan, Bakı, 1 fevral /Trend/

2010-2011-ci tədris ilində Azərbaycandan 44 tələbə təhsil üçün Beynəlxalq Kipr Universitetini seçib. Bu barədə universitetin rektoru, professor Məhmət Əli Yuksələn deyib.

"Ümid edirəm ki, bu göstəricilər yaxın gələcəkdə artacaq. Beynəlxalq Kipr Universiteti öz adını doğruldur, burada dərslər ingilis dilində aparılır və tələbələrin 30 faizi Avropa, Afrika, MDB və türkdilli ölkələrdən olan əcnəbilərdir", - Yuksələn qeyd edib.

Universitet ixsisasların müxtəlif spektrini əhatə edir. Bunun arasında iqtisadiyyat, lahiyələşdirmə, turizm sahəsində idarəetmə və mehmanxana işi, incəsənət var.

"Universitetimizdə tələbələrin hərtərəfli inkişafı üçün şərait yaradılıb. Biz tələbə klubları təşkil edirik, eləcə də yaxşı oxuyan tələbələr üçün xüsusi təqaüdlər veririk", - Yuksələn bildirib.

Beynəlxalq Kipr Universiteti yarandığı gündən Şimali Kipr Ali Təhsil Şurası tərəfindən inkişaf etdirilir və dəstəklənir. Universitet 1997-ci ildə təsis edilib və mütəmadi inkişaf strategiyasının reallaşdırmasını hədəf seçib. O, həmçinin peşəkar müəllimlərlə, müasir laboratoriya və texnoloji avadanlıqla təmin edilib.

Universitet haqqında ətraflı informasiyanı universitetin (www.ciu.edu.az) saytında və "Millenium" turizm şirkətində almaq olar (Nigar Rəfibəyli, 12/14 tel: +99412 598 48 18, +99450 312 39 82).

Xəbər lenti

Xəbər lenti