...

Azərbaycan regionlarındakı sahibkarlara 220 min manat güzəştli kredit verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Aprel 2011 17:39 (UTC +04:00)
Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) xətti il Ağsu və ətraf rayonların 19 sahibkarına güzəştli şərtlərlə 220 min manat güzəştli kredit verilib.
Azərbaycan regionlarındakı sahibkarlara 220 min manat güzəştli kredit verilib

Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir N.İsmayılova/

Cümə günü İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) xətti il Ağsu və ətraf rayonların 19 sahibkarına güzəştli şərtlərlə 220 min manat güzəştli kredit verilib. Trend-in məlumatına görə, bu barədə nazirliyin cümə günü yaydığı məlumatda deyilir.

"Bu kreditlər hesabına 40-a yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur", - məlumatda qeyd olunur. Tədbir 250-ə yaxın sahibkarın iştirakı ilə Ağsu şəhərində keçirilib.

Tədbir çərçivəsində iştirakçılar "Bismak Qida Sənaye Kompleksi" MMC-nin İsmayıllı rayonunda inşa etdirdiyi tutumu 24 min ton olan müasir taxıl anbarı kompleksində, "İlk-Aqrokom" MMC-nin Qobustan rayonunda tutumu 10 min ton olan müasir taxıl anbarı kompleksində aparılan tikinti işləri ilə tanış olublar.

Tədbirdə Ağsu rayonunun iqtisadi potensialına uyğun olaraq, güzəştli kreditlər hesabına maliyyələşdirilməsi nəzərdə tutulan yüksək texnologiyaların tətbiqi ilə müasir üzüm bağının salınması, illik istehsal gücü 5 min ton olan müasir ət kəsimi sexinin yaradılması üzrə investisiya layihələrinin təqdimatı keçirilib.

2011-ci ildə SKMF 27,3 milyon manat məbləğində 323 kredit verib. Layihələr 23,7 milyon manat məbləğində yeni texnologiyalara əsaslanan 25 iri layihənin və 3,6 milyon manat məbləğində 298 kiçik layihənin həyata keçirilməsini əhatə edib.

Ümumilikdə Fond 2010-cu ildə 1430 sahibkara 115 milyon manat məbləğində güzəştli kreditlər verib. Verilmiş kreditlərin 99,8 faizi regionların payına düşür. Bu kreditlər hesabına 5 600-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur. Cari ildə fond güzəştli kreditlərin maliyyələşdirilməsinə 125 milyon manat ayırmağı planlaşdırır.

Aprelin 1-nə olan rəsmi məzənnə 0,7926 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti