...

"Bank of Azerbaijan"ın emissiya prospektinin yerləşdirilməsinə başlanılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Aprel 2011 19:15 (UTC +04:00)
Aprelin 4-dən etibarən "Bank of Azerbaijan" ASC-nin ümumi məbləği 10 milyon manat olan adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektinin yerləşdirilməsinə başlanılır.
"Bank of Azerbaijan"ın emissiya prospektinin yerləşdirilməsinə başlanılır

Azərbaycan, Bakı, 1 aprel /Trend/

Aprelin 4-dən etibarən "Bank of Azerbaijan" ASC-nin ümumi məbləği 10 milyon manat olan adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektinin yerləşdirilməsinə başlanılır. Trend-in məlumatına görə, bu barədə Bakı Fond Birjasının cümə günü yaydığı məlumatda deyilir.

Emissiya çərçivəsində hər birinin nominal dəyəri 20 manat olmaqla 500 min səhm buraxılıb.

Yerləşdirmənin anderrayteri qismində "Respublika Invest" MMC çıxış edir.

Bank ölkənin bank bazarında 1993-cü ilin dekabrından fəaliyyət göstərir.

Aprelin 1-nə olan rəsmi məzənnə 0,7926 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti