...

"Parabank" Western Union ilə birgə milli kampaniyaya başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 May 2011 17:23 (UTC +04:00)
Parabank Western Union-la birgə Azərbaycanda "Bəli! Mən dostlarımı gətirib uduşlar uda bilərəm!" adlı milli kampaniyaya start verdi.
"Parabank" Western Union ilə birgə milli kampaniyaya başlayıb

Azərbaycan, Bakı, 3 may /Trend/

Parabank Western Union-la birgə Azərbaycanda"Bəli! Mən dostlarımı gətirib uduşlar uda bilərəm!" adlı milli kampaniyaya start verdi. Trend-in məlumatına görə, bu barədə bankın çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Parabankla birgə bu kampaniyada tərəfdaşları qismində çıxış edən DəmirBank, Expressbank, Bank Silk Way, GünayBank və ASB Bank iştirak edirlər.

Bu kampaniya Western Union sistemi ilə təcili pul köçürmələrindən istifadə edən müştərilər üçün nəzərdə tutulub. Bu cür milli kampaniya 5 il ərzində Moldovada, 2010-cu ildə Gurcüstanda və ilk dəfədir ki, Azərbaycanda keçirilir.

Kampaniya ilə bütün Azərbaycan ərazisində insanların sıx toplaşdığı yerdə müxtəlif növ promo-aksiyaların keçirilməsi və televiziyada, avtobus dayanacaqlarında və metroda reklamın yayımlanması nəzərdə tutulub. Bu kampaniyanın ümumi dəyəri 110 000 avro təşkil edir.

Kampaniya müddətində Western Union xidmətlərindən birinci dəfə pul göndərən və yaxud alan müştəri 2 ədəd kupon əldə edəcək.

1 nömrəli kupon xoşbəxt kupon oyununda iştrak edəcək. 2 nömrəli kuponun üzərinə 2 möhür vurulduqdan sonra müştəri doldurulmuş kuponu bank operatoruna təhvil verib ilk hədiyyəni ala bilər və ya möhürlərin sayını 5-ə çatdıraraq daha dəyərli hədiyyələr qazana bilər. Həmçinin, müştəri mümkün qədər çox müştəri cəlb etməklə daha 1 möhür toplaya bilər.

Kampaniyada iştrak edən müştərilər dəyərli hədiyyələr qazanmaqla yanaşı, lotoreyada iştrak edərək 10X1000 manat məbləğində pul mükafatı qazanmaq şansı da əldə edəcəklər.

Kampaniya 15 aprel-15 iyul 2011-ci il tarixlərində keçiriləcək.

Parabank 8 ildir ki, Western Union pul köçürmə sisteminin Azərbaycanda rəsmi nümayəndəsidir.

Mayın 3-nə olan rəsmi məzənnə 0,7913 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti