...

Azərbaycanda ət və süd məhsullarının qiymətinin artımı sünidir - Dövlət Statistika Komitəsi

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 May 2011 15:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 may /Trend, müxbir E.İsmayılov/

2011-ci ilin sonunadək Azərbaycanda birrəqəmli inflyasiya səviyyəsinin olacağı gözlənilir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə Dövlət Statistika Komitəsinin rəhbəri Arif Vəliyev bildirib.

Onun sözlərinə görə, apreldən ölkədə deflyasiya müşahidə olunur. Yay mövsümü ərzində bu proses davam edəcək və bazarda əsasən ərzaq mallarının, xüsusilə tərəvəz, meyvə, ət, süd məhsullarının qiymətlərin azalması gözlənilir.

Bununla belə, Vəliyev mövsümi qiymət azalmasından sonra sentyabr-oktyabrda istehlak mallarının qiymətinin yenidən artacağını istisna etməyib.

Vəliyevin fikrincə, bu bazarda müşahidə olunan qiymət artımı əsasən sünidir.

Xüsusilə, respublika daxilində istehsal olunan malların qiymətinin artımı müşahidə olunur. Vəliyev onlar arasında ət və süd məsullarının qeyd edib.

Apreldə Azərbaycanda istehlak mallarının qiymətləri və xidmət tarifləri ötən ayla müqayisədə 0,3 faiz azalıb.

Ay ərzində ərzaq mallarının qiymətləri 0,7 faiz azalıb, əhaliyə göstərilən ödənişli xidmətlərin tarifləri və qeyri-ərzaq mallarının qiymətləri 0,1 faiz artıb.

Xəbər lenti

Xəbər lenti