...

Azərbaycanın elektrik enerjisi operatoru 1 milyard dollardan çox kapitallaşdırılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 May 2011 15:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 may /Trend, müxbir E.İsmayılov/

"Azərenerji" ASC kapitalını 824,6 milyon manat artırır.

Elektrik enerjisi operatorunun kapitallaşdırılması ASC-nin mayın 17-də Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən qeydə alınan səhmlərinin emissiyası əsasında həyata keçiriləcək.

Məlumata əsasən, emissiya prospektinə hər birinin nominal dəyəri 20 manat olan 41 231 339 səhm daxildir.

Son illər ASC-nin məcmu kapitalı artıb və 1,4 milyard manata çatıb.

"Azərenerji" Azərbaycanda elektrik enerjisinin istehsalı və paylanması ilə məşğuldur. ASC elektrik enerjisini onu Bakıda paylaşdıran "Bakıelektrikşəbəkə" ASC-yə satır.

"Azərenerji"nin balansında 200-dən çox yarımstansiya, 6 su elektrik stansiyası və 13 istilik elektrik stansiyası var.

Son 5 il ərzində şirkət xalis ixracatçıya çevrilib. 2012-ci ilin ortalarına elektrik enerjisinin Türkiyə vasitəsilə Azərbaycan-Gürcüstan-Türkiyə enerji dəhlizi çərçivəsində Avropaya ixracı nəzərdə tutulur.

Mayın 18-nə olan rəsmi məzənnə 0,7905 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti