...

Azərbaycan təqaüdçülərinin SMS-bildiriş vasitəsilə ödənişlər haqqında məlumatlandırılması DSMF-nin sayəsində həyata keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyun 2011 16:11 (UTC +04:00)
Azərbaycanda təqaüdçülərin SMS-bildiriş vasitəsilə onların hesabına pensiyanın ödənilməsi haqqında məlumatlandırılması üzrə xidmətlərin maliyyələşdirilməsi tam şəkildə Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən həyata keçiriləcək.
Azərbaycan təqaüdçülərinin SMS-bildiriş vasitəsilə ödənişlər haqqında məlumatlandırılması DSMF-nin sayəsində həyata keçiriləcək

Azərbaycan, Bakı, 9 iyun /Trend, müxbir A.Axundov/

Azərbaycanda təqaüdçülərin SMS-bildiriş vasitəsilə onların hesabına pensiyanın ödənilməsi haqqında məlumatlandırılması üzrə xidmətlərin maliyyələşdirilməsi tam şəkildə Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən həyata keçiriləcək. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə DSMF sədri Səlim Müslümov bildirib.

"Bu xidmətin həyata keçirilməsi üçün təqaüdçülərin telefon nömrələri haqqında məlumat lazımdır. Biz bütün bankomatların yanında təqaüdçüləri mobil telefon nömrələri haqqında məlumat verməyə çağıran elanlar yerləşdirmişik ki, sonda bu nömrələri bu xidmətləri təqdim edəcək banklara verək", - Səlimov vurğulayıb.

Onun sözlərinə görə, artıq DSMF-də olan informasiya banklara verilib və bu təqaüdçülər artıq bildiriş alırlar.

"Bu xidmət pulsuzdur və könüllülük əsasında həyata keçirilir", - Səlimov qeyd edib.

Xəbər lenti

Xəbər lenti