...

DəmirBank EF-Tech Electronics ilə əməkdaşlığı genişləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 İyun 2011 14:12 (UTC +04:00)
DəmirBank texnika satışını həyata keçirən EF-Tech Electronics şirkəti ilə əməkdaşlığı genişləndirir. Şərtlərə əsasən müxtəlif növ texnikanı EF-Tech mağazalarından 3 aydan 18 ayadək müddətə kreditlə almaq mümkündür. Trend-in məlumatına görə, bu barədə bankın çərşənbə günü yaydığı məlumatda deyilir.
DəmirBank EF-Tech Electronics ilə əməkdaşlığı genişləndirir

Azərbaycan, Bakı, 29 iyun /Trend/

DəmirBank texnika satışını həyata keçirən EF-Tech Electronics şirkəti ilə əməkdaşlığı genişləndirir. Şərtlərə əsasən müxtəlif növ texnikanı EF-Tech mağazalarından 3 aydan 18 ayadək müddətə kreditlə almaq mümkündür. Trend-in məlumatına görə, bu barədə bankın çərşənbə günü yaydığı məlumatda deyilir.

Kreditin məbləği 500-dən 4000-dək ABŞ dolları təşkil edə bilər. Kredit alan şəxsin ən azı 6 ay müddətində dövlət təşkilatında və ya sabit maliyyə durumu olan özəl müəssisədə iş stajı olmalıdır.

EF-Tech Electronics mağazaları Bakının Azadlıq pr. 111 (Nəsimi bazarının yaxınlığı, tel.: 449 79 99) və Şərifzadə küç, 100 (keçmiş "Lalə" kafesi, tel.: 433 88 99) ünvanlarında fəaliyyət göstərir.

DəmirBank plastik kart sahiblərinə EF-Tech Electronics mağazalarında "Kart sahiblərinə endirimlər" ( http://www.demirbank.az/index.php?/az/content/267/ ) proqramı çərçivəsində endirimlər təqdim olunur:

  • Malın qiyməti 100-dən 999 ABŞ dollarınadək olduqda - 5%
  • Malın qiyməti 1000-dən 2999 ABŞ dollarınadək olduqda - 10%
  • Malın qiyməti 3000-dən 4999 ABŞ dollarınadək olduqda - 15%
  • Malın qiyməti 5000-dən 10000 ABŞ dollarınadək olduqda - 20%

"DəmirBank müxtəlif şirkətlərlə kredit proqramları və kart sahiblərinə endirim proqramı üzrə əməkdaşlığı genişləndirir. Biz bu proqramları daha da genişləndirməyi nəzərdə tuturuq. Bu sahədə əməkdaşlıqda maraqlı olan şirkətlər DəmirBank-a müraciət edə bilərlər ", - deyə, İdarə Heyəti sədrinin müavini Yusif Cabbarov bildirib.

DəmirBank müxtəlif proqramlar üzrə əhaliyə və şirkətlərə geniş çeşiddə kredit məhsulları təqdim edir. Bu sırada mikro və kiçik biznes üçün kreditlər, ipoteka krediti, avtomobil krediti, təhsil və səhiyyə işçilərinə kredit, dövlət işçilərinə və qulluqçularına kredit, mebel krediti, təmir və digər istehlak kreditləri mövcuddur.

Xəbər lenti

Xəbər lenti