...

Yarım il ərzində Azərbaycan İpoteka Fondunun xətti ilə bütün fəaliyyət dövründəki kreditlərin ümumi sayının 15 faizi verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 İyul 2011 17:03 (UTC +04:00)
Cari ilin yanvar-iyun ayları ərzində ölkənin Mərkəzi Bankı nəzdində fəaliyyət göstərən Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə 43,8 milyon manat məbləğində ipoteka krediti verilib.
Yarım il ərzində Azərbaycan İpoteka Fondunun xətti ilə bütün fəaliyyət dövründəki kreditlərin ümumi sayının 15 faizi verilib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 4 iyul /Trend, müxbir A.Axundov/

Cari ilin yanvar-iyun ayları ərzində ölkənin Mərkəzi Bankı nəzdində fəaliyyət göstərən Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə 43,8 milyon manat məbləğində ipoteka krediti verilib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi AİF-dən bildiriblər.

AİF xətti ilə maliyyələşdirməyə başlanandan - 2006-cı ildən 2011-ci il iyulun 1-dək 293,7 milyon manat məbləğdə ipoteka krediti verilib.

İlin birinci yarısında bundan əvvəl bankların verdiyi kreditlərin yenidən maliyyələşməsinin ümumi həcmi 33,4 milyon manat təşkil edib. İlin əvvəlindən 2011-ci il dövlət büdcəsində sosial ipotekanın maliyyələşməsi üçün nəzərdə tutulan 20 milyon manatdan 5,6 milyon manatı artıq ayrılıb.

Adi ipoteka istiqrazların yerləşdirilməsindən əldə olunan vəsait hesabına maliyyələşdirilir. İlin birinci yarısında AİF 41 milyon manat məbləğində istiqraz yerləşdirib.

Gənclərin və gənc ailələrin payına verilən ümumi kreditlərdən (borcalanların 41 faizi 18-29 yaşda, 31 faizi isə 30-35 yaşda olub) 72 faiz düşür. Kreditlərin 28 faizi 36 yaşdan yuxarı borcalanların payına düşür.

Hazırda AİF-in şərtlərinə görə, Azərbaycanda adi ipotekanın verilməsinin maksimum həddi 50 min manat təşkil edir və səkkiz faiz dərəcə ilə 25 il müddətinə verilir. Sosial ipoteka 35 min manat təşkil edir və dörd faiz dərəcə ilə 30 il müddətinə verilir. Güzəştli kreditlər üçün ilkin ödəniş 15 faiz, adi kreditlər üçün isə 20 faiz təşkil edir.

Kreditlər milli valyutada - manatla və yalnız Azərbaycan vətəndaşlarına verilməlidir, ipotekanın predmeti yalnız mənzil və şəxsi evlər ola bilər, ipoteka kreditinin məbləği ipoteka üçün girov qoyulan daşınmaz əmlakın bazar qiymətinin 80 faizini ötməməlidir, kreditə görə aylıq ödəniş borcalanın aylıq gəlirinin 70 faizini ötməməlidir.

Güzəştli şərtlər şəhid, milli qəhrəmanlar və məcburi köçkün ailələrinin üzvlərinə, ən azı üç il iş təcrübəsi olan dövlət qulluqçularına, elmlər namizədləri və doktorluq dərəcəsi olanlara, idman sahəsində xüsusi xidmətləri olan şəxslərə, həmçinin maksimum üç il xidmət stajı olan hərbçilərə şamil edilir.

Güzəştli ipoteka krediti alan hər ailə bundan yalnız bir dəfə istifadə edə bilər. Hazırda İpoteka Fondunun 23 müvəkkil bankı var.

İyulun 4-nə olan rəsmi məzənnə 0,7868 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti