...

Azərbaycan aktuar fəaliyyət sahəsini inkişaf etmiş ölkələr səviyyəsinədək çatdırmaq niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 İyul 2011 14:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir A.Axundov/

Azərbaycan Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidməti (DSNX) aktuar iş üzrə qanunvericilik aktlarında onları inkişaf etmiş ölkələrin qanunvericiliyinə uyğunlaşdırmaq məqsədilə dəyişikliklər edilməsi ilə bağlı təklif hazırlayıb. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə DSNX rəhbəri Namiq Xəlilov bildirib.

"Aktuarilər müstəqildirlər və sığorta şirkətləri ilə işləyirlər, lakin aktuar iş dövlət sığorta nəzarətinin elementlərindən biri kimi hesab olunur", - Xəlilov deyib.

Onun sözlərinə görə, bir çox ölkələrin qanunvericiliyində sığorta şirkətlərinin sığorta nəzarəti orqanlarına təqdim etdikləri hesabatların sığorta aktuariləri tərəfindən inandırıcı olması barədə tələblər var.

"Biz aktuarilərin hazırlanması üzrə iş aparırıq. Altı hissədən ibarət proqram var - dörd mövzu artıq tamamlanıb, iki mövzu qalıb ki, onlar üzərində işi bu ilin sonunadək başa çatdıracağıq", - Xəlilov bildirib.

Xəbər lenti

Xəbər lenti