...

Maliyyə Monitorinqi Xidməti Azərbaycanda lombardlar və daşınmaz əmlakın alqı-satqısı üzrə vasitəçilərin fəaliyyətini yoxlamağa başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 İyul 2011 18:18 (UTC +04:00)
Maliyyə Monitorinqi Xidməti ilin birinci yarısında lombardlar və daşınmaz əmlakın alqı-satqısı üzrə vasitəçilik xidmətləri göstərən hüquqi şəxslər tərəfindən tələblərin yerinə yetirilməsi vəziyyətinin kameral nəzarət vasitəsilə qiymətləndirilməsini aparıb.
Maliyyə Monitorinqi Xidməti Azərbaycanda lombardlar və daşınmaz əmlakın alqı-satqısı üzrə vasitəçilərin fəaliyyətini yoxlamağa başlayıb

Azərbaycan, Bakı, 20 iyul /Trend, müxbir N.İsmayılova/

Azərbaycan Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti (MMX) ilin birinci yarısında lombardlar və daşınmaz əmlakın alqı-satqısı üzrə vasitəçilik xidmətləri göstərən hüquqi şəxslər tərəfindən "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" (PL/TMM) qanunla müəyyən edilmiş tələblərin yerinə yetirilməsi vəziyyətinin kameral nəzarət vasitəsilə qiymətləndirilməsini aparıb. Trend-in məlumatına görə, bu barədə xidmətin məlumatında deyilir.

İlin birinci yarısında FATF və MONEYVAL tərəfindən irəli sürülmüş yeni tövsiyələr nəzərə alınaraq, PL/TMM sahəsində müvafiq qanunvericiliyə əlavə və dəyişikliklərin edilməsi üzrə təkliflər hazırlanıb.

Hesabat dövrü ərzində Xidmət tərəfindən məlumatların qəbulu, emalı və təhlili prosesinin avtomatlaşdırılması məqsədilə BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə Ofisi tərəfindən hazırlanmış "goAML" proqram təminatının tətbiqi ilə bağlı zəruri tədbirlər həyata keçirilib və artıq mart ayında bu proqram təminatı test variantında quraşdırılıb.

Monitorinq Xidməti kredit, sığorta və təkrar sığorta təşkilatları, qiymətli kağızlar bazarı və kredit təşkilatlarının peşəkar iştirakçıları, kredit təşkilatlarının lizinq xidmətləri, poçt şöbələri və digər təşkilatlar vasitəsilə pul köçürmələri, lombardlar, sərmayə fondları, qiymətli metal və daşlarla bağlı sövdələşmələr və onlardan düzəldilmiş məmulatlar, qeyri-hökumət və dini təşkilatlar, lotereya təşkilatçıları, daşınmaz əmlak alqı-satqısı üzrə xidmət göstərən şəxslər (rieltorlar), vəkillər, auditorlar, daşınmaz əmlakla bağlı sövdələşmələr, müştəri vəsaitləri, qiymətli kağızlar və əmlak, müştəri bank və depo hesablarının fəaliyyətini əhatə edir.

Azərbaycan Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti 23 fevral 2009-cu il tarixində yaradılıb.

Xəbər lenti

Xəbər lenti