...

"Fitch Ratings" Azərbaycana verilən beynəlxalq reytinqi dəyişməz saxlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Sentyabr 2011 10:46 (UTC +04:00)
"Fitch Ratings" Azərbaycana verilən beynəlxalq reytinqi dəyişməz saxlayıb
"Fitch Ratings" Azərbaycana verilən beynəlxalq reytinqi dəyişməz saxlayıb

Azərbaycan, Bakı, 7 sentyabr /Trend/

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi tərəfindən Azərbaycana verilən uzunmüddətli yerli və xarici valyutada "BBB-" səviyyəsində "Pozitiv" proqnozlu suveren investisiya reytinqi dəyişməz olaraq qalır. Trend-in məlumatına görə, bu barədə "Fitch Ratings"-in Azərbaycan üzrə Suveren Qrupunun direktoru Charles Seville Azərbaycan Maliyyə Nazirliyinə ünvanladığı məktubda bildirib.

"Fitch Ratings" beynəlxalq reyting agentliyi tərəfindən 2010-ci il may ayının 20-də Azərbaycan Respublikasına ölkə tarixində ilk dəfə olaraq uzunmüddətli yerli və xarici valyutada "BBB-" səviyyəsində "Sabit" suveren investisiya reytinqi verilib. Cari ilin may ayının 17-də isə Agentlik "BBB-" səviyyəsini saxlayaraq, reytinq üzrə proqnozun "Sabit"dən "Pozitiv"ə yüksəldilməsi barədə qərar qəbul edib.

Xəbər lenti

Xəbər lenti