...

Aİ maliyyə nəzarəti sisteminin yaxşılaşdırılmasında Azərbaycana kömək edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Sentyabr 2011 15:06 (UTC +04:00)
Avropa İttifaqı (Aİ) və Azərbaycan Maliyyə Nazirliyi "Maliyyə nəzarəti sisteminin yaxşılaşdırılmasında Dövlət Maliyyə Nəzarəti Xidmətinə dəstək verilməsi" tvininq layihəsinin həyata keçirilməsinə başlayıb.
Aİ maliyyə nəzarəti sisteminin yaxşılaşdırılmasında Azərbaycana kömək edəcək

Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir N.İsmayılova/

Avropa İttifaqı (Aİ) və Azərbaycan Maliyyə Nazirliyi "Maliyyə nəzarəti sisteminin yaxşılaşdırılmasında Dövlət Maliyyə Nəzarəti Xidmətinə dəstək verilməsi" tvininq layihəsinin həyata keçirilməsinə başlayıb. Trend-in məlumatına görə, çərşənbə günü Bakıda layihənin təqdimatı keçirilib.

Layihənin həyata keçirilməsində tərəfdaşlar Almaniya Federal Maliyyə Nazirliyi və Estoniya Maliyyə Nazirliyidir. Layihənin əsas məqsədi maliyyə nəzarəti sisteminin beynəlxalq standartlara uyğun şəkildə yaxşılaşdırılmasında Azərbaycana dəstək göstərməkdir. Layihə 18 ay müddətinə nəzərdə tutulub, büdcəsi 800 min avrodur.

"Layihə çərçivəsində bizim üçün əsas fəaliyyət sahələrindən biri maliyyə nəzarəti sahəsində qanunvericiliyin təkmilləşdirilməsidir, buna görə də Aİ tərəfindən göstərilən dəstək bu prosesin təzləşdirilməsi və ölkədə bu sahədəki qabaqcıl təcrübənin tətbiqinə kömək edəcək", - Azərbaycanın maliyyə nazirinin müavini Azər Bayramov deyib.

Onun sözlərinə görə, iqtisadiyyatın artımının yüksək templəri və ölkənin dövlət büdcəsinin ilbəil artması ölkədə maliyyə nəzarəti sisteminin təkmilləşdrilməsi zərurətini şərtləndirən əsas səbəblərdəndir.

"Biz ümid edirik ki, bu layihə çərçivəsində hazırlanan strateji sənəd digər strukturlar ilə əməkdaşlığın təsirini artırmağa, qanunvericiliyi təkmilləşdirməyə və nazirliyin kadr potensialının gücləndirilməsinə imkan verəcək", - Bayramov deyib.

Layihə 4 tərkib hissəsindən ibarətdir: Nəzarət sisteminin təsirliliyinin artırılması, qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması, strukturlar arasında əməkdaşlığın artırılması, qabaqcıl təcrübə və beynəlxalq standartlara əsaslanan təlim proqramlarının təşkili məqsədilə strategiyanın və tədbirlər planının hazırlanması.

Aİ-nin Azərbaycandakı nümayəndəliyinin müvəqqəti işlər vəkili Cerom Ponsun sözlərinə görə, Aİ 2006-cı ildən bəri Azərbaycana 9 tvininq layihənin həyata keçirilməsi üçün 7 milyon avro verib.

"Bu layihələr Maliyyə, Təhsil, Kənd Təsərrüfatı nazirlikləri, həmçinin parlament, dövlət komitələri və Ombudsman Aparatını əhatə edir", - Pons deyib.

Xəbər lenti

Xəbər lenti