...

KOICA ilə Azərbaycan Texniki Universiteti arasında qrant razılaşması imzalanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Oktyabr 2011 14:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 oktyabr /Trend/

KOICA-nın (Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi) "Azərbaycan Texniki Universitetinin Təhsil İnformasiya Sisteminin Yaradılması" Layihəsinə dair Qrant Razılaşması imzalanmışdır.

Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Li Ci Ha və Azərbaycan Texniki Universitetinin rektoru Havar Məmmədov 12 oktyabr 2011-ci il tarixində KOICA-nın (Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi) "Azərbaycan Texniki Universitetinin (AzTU) Təhsil İnformasiya Sisteminin Yaradılması" Layihəsinə dair Qrant Razılaşmasını imzalamışlar.

Koreya Respublikası hökuməti adından KOICA layihənin 2011-2013-cü illərdə 28 ay ərzində həyata keçirilməsi üçün 2,000,000 ABŞ dolları (iki milyon ABŞ dolları) həcmində büdcə ayırmışdır.

Layihənin məqsədləri 1) elektron təhsil sisteminin yaradılması vasitəsilə AzTU-nun idarəçilik işlərində səmərəlilik və məhsuldarlığın artırılması, 2) sistem vasitəsilə AzTU-nun tələbələri üçün müvafiq distant təhsil xidmətinin təmin edilməsi, 3) koreyalı ekspertlərin ezam olunması və bir sıra təlim proqramları vasitəsilə zəruri texnologiya və biliyin ötürülməsi yolu ilə sistemin davamlı istismarı və idarəolunması üçün Azərbaycanlı mühəndis və müvafiq mütəxəssislərin bacarıqlarının artırılmasıdır.

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) dövlətin qrant yardımını və texniki əməkdaşlıq proqramlarını həyata keçirən Koreya Respublikasının dövlət agentliyidr. KOICA-nın əməkdaşlıq etdiyi 43 ölkədə nümayəndəliyi vardır.

Xəbər lenti

Xəbər lenti