Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir N.İsmayılova/
Azərbaycan Vergilər Nazirliyi yanında 195 telefon məlumat xidməti EN-15838 uyğunluq standartı üzrə keyfiyyət sertifikatı alıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət idarəsinin rəisi Elçin Məmmədov jurnalistlərə bildirib.
"Sentyabrda Sorğu və beynəlxalq sertifikatlaşdırma mərkəzləri İnstitutu - soraq mərkəzlərinin idarə edilməsi üzrə vahid Avropa standartını müəyyən edən "Austrian Standards plus" sertifikatlaşdırma strukturunun nümayəndəsi nazirliyin telefon məlumat xidmətinin audutunu keçirib", - Məmmədov deyib.
Onun sözlərinə görə, audit altı istiqamət üzrə keçirilib və 59 kriteriyanı əhatə edib. Bu standart Avropada 2009-cu ildən qəbul edilib və Aİ-nin 30 ölkəsində tətbiq edilir.
"Postsovet məkanında belə sertifikatı yalnız iki - Rusiya və Ukraynadakı dövlət sorğu mərkəzləri alıb. Lakin hər iki strukturun vergi sisteminə aidiyyəti olmadığından biz əminliklə bəyan edə bilərik ki, Azərbaycan vergi sahəsində belə sertifikat alan postsovet məkanında ilk ölkədir", - o deyib.
Məmmədovun sözlərinə görə, sertifikat hər iki ildən bir monitorinq aparılmaqla altı illiyə verilib.
"Bu, bizim üçün böyük nailiyyətdir, lakin biz bununla kifayətlənmək fikrində deyilik, bundan sonra da vergiödəyicilərə və sahibkarlara göstərilən xidmətlərin keyfiyyətini artıracağıq", - o deyib.
195 məlumat xidməti 2003-cü ilin sonundan fəaliyyət göstərir və o dövrdə yalnız Bakını əhatə edirdi. 2006-cı ildən bütün respublikadakı vergiödəyicilər artıq ödənişsiz əsasda bu xidmətdən istifadə edə biliblər. 2009-cu il sentyabrın 1-dən İqtisadi İnkişaf Nazirliyinin Vergilər Nazirliyinin məlumat mərkəzinə qoşulması vasitəsilə İİN-in 195-2 telefon xidməti yaradılıb. Vergilər Nazirliyinin 195 telefon məlumat xidməti bütün gün boyu iki rejimdə (birbaşa və avtomatik) fəaliyyət göstərir.