...

AİB Azərbaycan üçün beşillik tərəfdaşlıq strategiyasını hazırlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Dekabr 2011 15:09 (UTC +04:00)
Asiya İnkişaf Bankının (AİB) Direktorlar Şurası 2012-ci ilin sonunda Azərbaycanla tərəfdaşlığın yeni strategiyasını (Country Partnership Strategy) qəbul edəcək.
AİB Azərbaycan üçün beşillik tərəfdaşlıq strategiyasını hazırlayır

Azərbaycan, Bakı, 9 dekabr /Trend müxbir N.İsmayılova/

Asiya İnkişaf Bankının (AİB) Direktorlar Şurası 2012-ci ilin sonunda Azərbaycanla tərəfdaşlığın yeni strategiyasını (Country Partnership Strategy) qəbul edəcək. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə AİB-in Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Olli Noroyono deyib.

"Biz artıq strategiyanın hazırlanmasına başlamışıq və gözlənilir ki, o, beşillik dövrü əhatə edəcək. Bu strategiyanın əsas istiqamətləri yenə də su təchizatı və kanalizasiya sisteminin yaxşılaşdırılması, magistral yolların tikintisi və elektrik enerjisinin verilməsi sisteminin yaxşılaşdırılması kimi sahələr olacaq", - o bildirib.

Noroyononun dediyinə görə, AİB, həmçinin yeni sektorlarda əməkdaşlığa istiqamətlənib və bu məqsədlə 2012-ci ildə ölkə hökuməti ilə fəal danışıqlar aparılacaq, bankın digər istiqamətlərdə və sektorlarda fəaliyyət perspektivləri müzakirə ediləcək.

Onun sözlərinə görə, AİB-in Direktorlar Şurası tərəfindən təsdiq edilmiş 2011-2013-cü illər ərzində Azərbaycandakı əməliyyatlar üzrə biznes planı çərçivəsində bankın kapital vəsaitlərindən 945 milyon dollar ayrılması da gələn il nəzərdən keçiriləcək.

Biznes planına əsasən, 2011-ci il üçün maliyyələşdirilmənin həcmi 340 milyon dollar dəyərində, 2012-ci il üçün 355 milyon dollar, 2013-cü ilin üçün 250 milyon dollar müəyyənləşdirilib.

Texniki köməyin həcmi 2 milyon dollar həcmində nəzərdə tutulub.
Ölkədə əməliyyatlar üzrə biznes planı, ilk növbədə infrastrukturların inkişafına yönəldiləcək. O, iqlim dəyişikliyinin arzu edilməyən fəsadlarının və istixana qazlarının tullantısının azaldılması üzrə tədbirləri əhatə edir. Prioritet sahələr nəqliyyat, enerji, su təchizatı və kanalizasiya xidmətləridir.

2011-ci ildə AİB Azərbaycanda layihələrin maliyyələşdirilməsinə təxminən 70 milyon dollar yönəldib.

Xəbər lenti

Xəbər lenti