...

Azərbaycanda dənli bitkilərin məhsuldarlığı təminən 25 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Yanvar 2012 14:54 (UTC +04:00)
2011-ci il dekabrın 1-nə olan vəziyyətə görə, Azərbaycanda 933,5 min hektar sahədən hər hektardan 24,7 sentner olmaqla 2,31 milyon ton dənli və dənli paxlalı bitkilərin (qarğıdalı istisna olmaqla) məhsulu yığılıb.
Azərbaycanda dənli bitkilərin məhsuldarlığı təminən 25 faiz artıb

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 10 yanvar /Trend müxbir A.Axundov/

2011-ci il dekabrın 1-nə olan vəziyyətə görə, Azərbaycanda 933,5 min hektar sahədən hər hektardan 24,7 sentner olmaqla 2,31 milyon ton dənli və dənli paxlalı bitkilərin (qarğıdalı istisna olmaqla) məhsulu yığılıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Kənd Təsərrüfatı Nazirliyinin məlumatında deyilir.

"Hər hektardan məhsuldarlıq 2010-cu illə müqayisədə 4,8 sentner, məhsul istehsalı isə 442 min ton artıb" , - məlumatda deyilir.

2011-ci ilin 11 ayının yekunu üzrə 2010-cu illə müqayisədə bitkiçilik məhsullarının sabit qiymətlərlə dəyəri 10,7 faiz artıb.

"Belə ki, 11 ay ərzində 2,458 milyon ton dənli və dənli paxlalı bitki, 235,3 min ton şəkər çuğunduru, 938,5 min ton kartof, 1,197 min ton tərəvəz, 477,9 min ton bostan məhsulları, 761,2 min ton meyvə, 3,58 ton tütün yarpağı və 57,9 min ton pambıq istehsal olunub" , - məlumatda qeyd edilir.

"2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"na uyğun olaraq, 2011-ci ildə məhsul almaq üçün 1,6 milyon hektar sahədə əkin aparılıb, onun 967,3 min hektarını, yəni 60,2 faizini dənli və dənli paxlalılar təşkil edib.

"Dövlət Proqramı uğurla həyata keçirilir" , - məlumatda deyilir.

Xəbər lenti

Xəbər lenti