...

Azərbaycanda il ərzində vergi borcu təxminən 20 faiz azalıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Yanvar 2012 14:29 (UTC +04:00)
Azərbaycan vergi borcu olan vergi ödəyicilərinin ödənişlərini təmin etmək məqsədilə qabaqcıl məlumatlandırma təcrübəsini tətbiq etməyə başlayıb.
Azərbaycanda il ərzində vergi borcu təxminən 20 faiz azalıb

Azərbaycan, Bakı, 11 yanvar /Trend müxbir N.İsmayılova/

Azərbaycan vergi borcu olan vergi ödəyicilərinin ödənişlərini təmin etmək məqsədilə qabaqcıl məlumatlandırma təcrübəsini tətbiq etməyə başlayıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Azərbaycanın Vergilər Nazirliyinin "Vergilər" qəzetində dərc edilən məlumatında deyilir.

"Avstraliya, Kanada, ABŞ və İrlandiya kimi inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, borclu vergi ödəyicilərinin məlumatlandırılması, məcburi tədbirlər tətbiq edilmədən könüllü ödənişlərin təşviqi, yəni face-to-face görüş təcrübəsi məqsədilə vergi orqanları və vergi ödəyiciləri ilə onların borclarının birgə araşdırılması geniş tətbiq edilir" , - məlumatda deyilir.

Məlumata əsasən, ötən ilin avqustundan etibarən Azərbaycanda borcların ödənilməməsi təqdirdə vergi orqanları tərəfindən görüləcək tədbirlər haqqında vergi ödəyicilərini məlumatlandırmaq məqsədilə bu sistemin tətbiqinə başlanıb.

"Belə ki, ötən ilin avqustundan etibarən 25289 vergi ödəyicisi ilə görüş keçirilib və məlumatlandırılıb. Bu tədbirlər nəticəsində onlardan 79,9 faizi 19 milyon manat dəyərində borclarını könüllü ödəyib" , - məlumatda bildirilir.

Ötən il vergi borclarının alınması strukturlarına operativ vergi nəzarəti keçirilməsi səlahiyyətlərinin verilməsi, habelə əmlakın siyahıya alınması işinin təkmilləşdirilməsi, icra məmurları ilə birgə işlərin təşkili nəticəsində ümumi borc məbləğinin 2011-ci ilin yanvarı ilə müqayisədə 19,7 faiz azalması təmin edilib.

Yanvarın 11-nə olan rəsmi məzənnə 0,7863 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti