Azərbaycan, Bakı, 13 yanvar /Trend, müxbir A.Axundov/
Azərbaycanın sığorta şirkəti "Amrah Sığorta" nizamnamə kapitalını 4,5 milyon manata qədər artırır.
Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) 1 milyon manat dəyərində adi, sənədli, adlı səhmlərin emissiya prospektini qeydiyyata alıb. Trend-in məlumatına görə, bu barədə cümə günü Dövlət Komitəsinin saytında yayılan məlumatda deyilir.
Emissiya çərçivəsində hər birinin dəyəri 200 manat olan 5000 səhm buraxılıb.
Cümə günü şirkətdən Trend-ə bildiriblər ki, kapitallaşma təsisçilərin vəsaitləri hesabına həyata keçiriləcək.
Təsisçisi iki fiziki şəxs olan "Amrah Sığorta" şirkəti Azərbaycanda 1993-cü ildən fəaliyyət göstərir.
Yanvarın 13-nə olan rəsmi məzənnə 0,7864 AZN/USD təşkil edir.