...

Azərbaycanın valyuta bazarının həftəlik icmalı

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Fevral 2012 10:30 (UTC +04:00)
Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi dəyişməyərək ötən həftəki 0, 7863 manat səviyyəsində qalıb.
Azərbaycanın valyuta bazarının həftəlik icmalı

Azərbaycan, Bakı, 11 fevral /Trend, müxbir N.İsmayılova/

Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi dəyişməyərək ötən həftəki 0,7863 manat səviyyəsində qalıb.

ABŞ dollarına nisbətdə manatın rəsmi məzənnəsi

30 yanvar

0,7863

6 fevral

0,7863

31 yanvar

0,7864

7 fevral

0,7863

1 yanvar

0,7863

8 fevral

0,7863

2 yanvar

0,7863

9 fevral

0,7863

3 yanvar

0,7863

10 fevral

0,7863

Həftə ərzində orta

0,78632

Həftə ərzində orta

0,7863

Həftənin yekununa əsasən, Bakı Banklararası Valyuta Birjasının alış-verişi nəticəsində müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə birja məzənnəsi 0,0003 bənd (0,03 faiz) ucuzlaşıb. Ötən həftə üzrə orta məzənnə bir ABŞ dollarına nisbətdə 0,78532 manat səviyyəsində müəyyən olunub.

Həftə ərzində BEST-də həmin gün valyutalaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): fevralın 6-da 0,7852 AZN/USD məzənnə ilə $1,158 mln, fevralın 7-də 0,7852 AZN/USD məzənnə ilə $2,431 mln., fevralın 8-də sövdələşmələr keçirilməyib və ona görə də məzənnə 0,7852 AZN/USD səviyyəsində qalıb. Fevralın 9-da 0,7855 AZN/USD məzənnə ilə $8,551 mln., fevralın 10-da 0,7855 AZN/USD məzənnə ilə $0,698 mln.

ABŞ dollarına nisbətdə manatın birja məzənnəsi

30 yanvar

0,7855

6 fevral

0,7852

31 yanvar

0,7855

7 fevral

0,7852

1 yanvar

0,7855

8 fevral

0,7852

2 yanvar

0,7855

9 fevral

0,7855

3 yanvar

0,7852

10 fevral

0,7855

Həftə ərzində orta

0,78544

Həftə ərzində orta

0,78532

USD/AZN T+1 və T+2 alətləri üzrə tələbat olmadığından, dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN aləti üzrə BEST-ə banklar tərəfindən sifarişlər təqdim olunmayıb.

Xəbər lenti

Xəbər lenti