...

Azərbaycan-Hindistan işgüzar görüşü keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Fevral 2012 20:05 (UTC +04:00)
Bakıda bazar ertəsi İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Hindistan işgüzar görüşü keçirilib.
Azərbaycan-Hindistan işgüzar görüşü keçirilib

Azərbaycan, Bakı, 20 fevral /Trend/

Bakıda bazar ertəsi İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Hindistan işgüzar görüşü keçirilib.

Trend-in nazirliyin rəsmi saytına istinadən yaydığı məlumata görə, tədbirdə Azərbaycan və Hindistan tərəfindən rəsmi şəxslərlə yanaşı, daşınmaz əmlak və tikinti, mühəndislik, əczaçılıq, maliyyə və s. sahələrdə fəaliyyət göstərən 40-a yaxın iş adamı iştirak edib.

Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Debnat Şou ölkəsinin Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb və əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün hər iki ölkənin böyük potensiala malik olduğunu bildirib.

Hindistan nümayəndə heyətinin rəhbəri Navin Rahejan isə iş adamlarının Azərbaycana səfəri və yerli sahibkarlarla əməkdaşlıq imkanları barədə məlumat verib.

Sonra Azərbaycana səfərə gəlmiş Hindistan iş adamları rəhbərlik etdikləri şirkətlərin fəaliyyəti barədə məlumat veriblər.

Tədbir iş adamları arasında ikitərəfli görüşlərlə davam edib. Görüşdə iş adamları arasında iqtisadi əlaqələr və əməkdaşlıq perspektivləri müzakirə edilib.

Xəbər lenti

Xəbər lenti