Azərbaycan, Bakı, 23 fevral / Trend, müxbir E.İsmayılov /
Bakı Metropoliteni 2015-ci ilədək fəaliyyət göstərən iki stansiyada əlavə çıxışları təhvil verməyi planlaşdırır. Bu barədə cümə axşamı Trend-ə Bakı Metropolitenindən məlumat verilib.
Hazırda "Elmlər Akademiyası" və "Dərnəgül" stansiyalarında əlavə çıxışların tikintisi gedir.
"Dərnəgül" stansiyasında yeraltı çıxışın tikintisi işlərinə bu yaxınlarda başlanılıb. Çıxışlar Keşlə-Biləcəri dəmir yolu xəttinin arxasında yaşayan sərnişinlərin stansiyaya azad giriş-çıxışını təmin etməyə imkan verəcək.
Mənbənin sözlərinə görə, stansiyada əlavə çıxışların tikilməsinə başlanması perspektivdə Günəşli qəsəbəsindən xəttin "Dərnəgül" stansiyası ilə birləşdirlməsi çərçivəsində nəzərdə tutulan bütün işləri tədricən həyata keçirməyə imkan verəcək.
O deyib ki, eləcə də hazırda "Elmlər Akademiyası" stansiyasının əlavə çıxışlarının tikintisi çərçivəsində işlər aparılır. Habelə tikinti işlərinin aparılması nəzərdə tutulan ərazidə yerləşən özəl obyektlərin qiymətlərndirilməsi işləri gpörülür.
"Elmlər Akademiyası" stansiyasının əlavə çıxışlarının 2015-ci ilə kimi istismara verilməsi planlaşdırılır", - mənbə deyib.