Azərbaycan, Bakı, 6 mart /Trend, müxbir A.Axundov /
2011-ci ildə Azərbaycanda vergilərin məcburi alınması üzrə görülən bütün tədbirlər sayəsində 200 milyon manatdan artıq məbləğdə vergi borcları ödənilib. Trend-in məlumata görə, bu barədə jurnalistlərə Vergilər Nazirliyinin Vergi borclarının məcburi alınması işinin təşkili İdarəsinin rəhbəri İlkin Vəliyev bildirib.
Onun sözlərinə görə, son iki il ərzində vergi borclarının həcmi 43,5 faiz azalıb.
"Vergi borclarının ödənilməsi tendensiyasına 2010-cu ildən başlanıb. Nəticədə 2010-cu ildə borclar 20 faiz, 2010-11-ci illər ərzində isə 43,5 faiz azalıb", - Vəliyev deyib.
Vəliyev çərşənbə axşamı Avropa Vergi İnzibatçılığı Təşkilatının (IOTA) vergi borclarının idarə olunması üzrə işçi qrupun Bakıda keçirilən birinci iclasında "Vergi borclarının idarə olunması sistemi" mövzusunda təqdimatla çıxış edib.