...

Azərbaycanın iri bankı kapitalını 30 faizdən çox artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Aprel 2012 14:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir İ.Xəlilova/

2012-ci il martın 1-nə olan məlumata görə, Azərbaycan Beynəlxalq Bankının (ABB) məcmu kapitalı ilin əvvəli ilə müqayisədə 31,9 faiz artaraq 676 455 560 manat təşkil edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü bankın mətbuat xidmətindən bildirilib.

2012-ci il yanvarın 1-nə olan vəziyyətə görə, bankın məcmu kapitalı 512 737 790 manat olub. ABB-nin nizamnamə kapitalı 240 milyon manat təşkil edir.

ABB-nin İdarə Heyətinin sədr müavini Emil Mustafayev çərşənbə günü Trend-ə bildirib ki, səmdarların yığıncağı bankın kapitalının 100 milyon manat artırılması haqqında qərar qəbul edib.

"Hazırda bankın səhmlərinin emissiya prospektinin Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində qeydiyyata alınması üzrə işlərin tamamlanması aparılır. Maliyyə Nazirliyi ilkin olaraq, bankın kapitalında dövlətin payını ödəyib", - Mustafayev deyib.

Qanunvericiliyə əsasən, səhmlərin emissiya prospektinin yerləşdirilməsi il ərzində həyata keçirilə bilər.

"Qalan səhmdarlar rəsmi hüquq aldıqdan sonra il ərzində öz investisiya hissələrini kapitala çevirə bilərlər", - Mustafayev qeyd edib.

ABB-nin nizamnamə kapitalında dövlətin payı 50,2 faiz təşkil edir və dövlət və özəl səhmdarların paylarını ödəmək üçün kapitala hər biri üzrə 50 milyon manat investisiya qoymaq nəzərdə tutulmasına baxmayaraq, "mövcud bölüşdürmənin pozulması gözlənilmir".

"ABB-də səhmdarların strukturu əvvəli kimi qalacaq", - Mustafayev vurğulayıb.

Bankın kapitallaşdırılması çərçivəsində Azərbaycan Mərkəzi Bankından (AMB) beş il müddətinə 150 milyon manat dəyərində subordinasiya edilmiş kredit alınıb. Tənzimləyici məqsədlərlə mövcud alətə birinci dərəcəli kapital qismində təsnifat verilib ki, bu da ABB-yə AMB-nin 12 faiz səviyyəsində müəyyənləşdirdiyi kapital yetərliliyinin minimum göstəricisinə uyğunlaşmağa imkan verəcək.

Xəbər lenti

Xəbər lenti