...

Əmanətlərin Sığortalanması Fondunun informasiya sisteminin yaradılması üzrə podratçı müəyyən edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Aprel 2012 15:55 (UTC +04:00)
Əmanətlərin Sığortalanması Fondu şəxsi informasiya sisteminin (proqram təminatı) yaradılması üzrə tenderin qalibini müəyyən edib.
Əmanətlərin Sığortalanması Fondunun informasiya sisteminin yaradılması üzrə podratçı müəyyən edilib

Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir A.Axundov/

Azərbaycanın Əmanətlərin Sığortalanması Fondu (ADIF) şəxsi informasiya sisteminin (proqram təminatı) yaradılması üzrə tenderin qalibini müəyyən edib. Trend-in məlumatına görə, bu barədə Fondun cümə axşamı yaydığı məlumatda deyilir.

Tenderin nəticələrinə görə, Türkiyənin "Gaia Bilgi Sistemleri Sanayi ve Ticaret LTD ŞTİ" şirkəti qalib elan edilib.

Fondun informasiya sistemi aşağıdakı modul və interfeysləri birləşdirməlidir: əməliyyat sisteminin modulu (inzibatçının və istifadəçilərin modulları daxil olmaqla), hesabatlılığın yaradılması modulu, üzv bankların proqram təminatının işi üçün modul, müvəkkil bankların proqram təminatının işi üçün modul.

İştirakçılara əsas tələblərdən biri üç il ərzində yerli və xarici kommersiya bankları üçün əməliyyat sistemlərinin yaradılması üzrə layihələrin idarə edilməsi sahəsində daha çox iş təcrübəsinin olması idi.

Xəbər lenti

Xəbər lenti