...

"NBC Bank" tarif dərəcələrini endirdi

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Aprel 2012 11:33 (UTC +04:00)
"NBC Bank" tarif dərəcələrini endirdi
"NBC Bank" tarif dərəcələrini endirdi

"NBC Bank" müştəri məmnuniyyətinin artırılmasına yönəlmiş siyasətini davam etdirərək müştərilərə təklif olunan bank xidmətləri üzrə tarif dərəcələrində endirim etmişdir. Yeni dəyişiklik nəticəsində münasib və sərfəli xidmət növlərindən bütün fiziki və hüquqi şəxslər yararlana biləcəkdir.

Dəyişikliklərə görə, yeni müştərilər üçün "Standart" tarifi, son 12 ayda dövriyyəsi 500 000 AZN və bundan artıq olan müştərilər üçün "Güzəştli" tarifi, bankın xüsusi müştəriləri üçün isə "VIP" tarifi təqdim olunur. Tariflər arasındakı fərq, bank əməliyyatları zamanı komisyon haqqının müxtəlif olmasındadır.

Xarici valyutada aparılan əməliyyatlar və konvertasiya zamanı "Standart" tarifində komisyon haqqı 0.30%, "Güzəştli" tarifində 0.25%, "VIP" tarifində isə 0.20% təşkil edir. Eyni zamanda nağd daxil olan məbləğdən artıq vəsaitin çıxarılması zamanı komisyon haqqı "Standart" tarifində 0.50%, "Güzəştli" tarifində 0.40%, "VIP" tarifində isə 0.30% olacaqdır.

Milli valyutada aparılan əməliyyatlar zamanı da qeyd olunan tariflərə görə əlverişli komisyon haqları tətbiq edilir. Belə ki, respublika daxili köçürmələr zamanı hər üç tarifdə komisyon haqqı 0.10% (min.1 AZN, maks.100 AZN), nağd vəsaitin çıxarılması zamanı (əgər vəsait hesaba nağd və ya köçürmə ilə daxil olubsa) "Standart" tarifində komisyon haqqı 0.50%, "Güzəştli" tarifində 0.40%, "VIP" tarifində isə 0.30% təşkil edəcəkdir.

Müştərilərə seçim imkanının verilməsi "NBC Bank"-ın biznesin bütün təbəqələrinə istiqamətlənməsinin bir göstəricisi olmaqla, biz müştəriləri Bakıda fəaliyyət göstərən 8 və regionlarda fəaliyyət göstərən 4 filialımıza dəvət edirik.

"NBC" Bank - Hər zaman yanınızda!

"NBC Bank" ASC - 17 dekabr 1992-ci ildə "Ruzu" SKB adı altında fəaliyyətə başlamışdırr. 17 yanvar 2002-ci il tarixindən adında dəyişiklik edilərək "NBC Bank" ASC kimi bank sektorunda fəaliyyəti davam etdirilmişdir. 2005-ci ilin mart ayından isə Qanunvericiliyin tələbinə uyğun olaraq təşkilatı-hüquqi formasında dəyişiklik edilərək Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir.

"NBC Bank"-ın Baş ofisindən əlavə xidmət şəbəkəsi Bakıda fəaliyyət göstərən 1 Saylı, Sahil, Səbail, Yasamal, Gənclik və regionlarda fəaliyyət göstərən Sumqayıt, Gəncə, Lənkəran və Şəki filialları olmaqla 10 filial həmçinin 1 və 2 saylı şöbələr olmaqla 2 valyuta dəyişmə şöbəsindən ibarətdir.

Ünvan: AZ 1033, Ş. Mustafayev küç., 27/121
Telefonlar: (99412) 514 01 16, 514 01 17
Faks: (99412) 566 57 55
E-mail: [email protected]
Rəsmi sayt: www.nbcbank.az
Facebook səhifəsi: http://www.facebook.com/NBCBankASC

Xəbər lenti

Xəbər lenti