...

ABŞ Azərbaycana vergi sahəsində öz təcrübəsini təklif edir (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Aprel 2012 11:22 (UTC +04:00)
ABŞ Azərbaycana vergi sahəsində öz təcrübəsini təklif edir.
ABŞ Azərbaycana vergi sahəsində öz təcrübəsini təklif edir (FOTO)

Azərbaycan, Bakı, 18 aprel / Trend, müxbir A.Axundov /

ABŞ Azərbaycana vergi sahəsində öz təcrübəsini təklif edir.
Trend-in məlumatına görə, bu barədə ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Adam Sterlinq çərşənbə günü "Azərbaycanda vergi: yeni vergi mədəniyyəti naminə" adlı ikinci vergi konfransında çıxışı zamanı deyib.

"ABŞ-ın vergi sistemi çətindir və ideal deyil. Lakin onda nümunə ola biləcək müsbət elementlər var", - Sterlinq bildirib.

Onun sözlərinə görə, ilk növbədə bu, Azərbaycanda öyrənilə biləcək dövlət və vergiödəyicilər arasında dialoqun yüksək səviyyəsidir.

"İkinci üstünlük vergilərin könüllü ödənilməsidir. ABŞ-da onun səviyyəsi 80 faizə yaxın təşkil edir ki, bu da yüksək göstəricidir", - Sterlinq deyib.

Onun sözlərinə görə, vergi məsələləri aprelin 18-də Vaşinqtonda keçiriləcək iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-ABŞ hökumətlərarası komissiyasının gündəliyindəki mühüm mövzulardan biri olacaq.

Xəbər lenti

Xəbər lenti