...

Beynəlxalq Dəniz Təşkilatının Dəniz Təhlükəsizliyi Komitəsinin 90-cı sessiyası işini başa çatdırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 May 2012 11:50 (UTC +04:00)
Londonda keçirilən Beynəlxalq Dəniz Təşkilatının Dəniz Təhlükəsizliyi Komitəsinin 90-cı sessiyası işini başa çatdırıb.
Beynəlxalq Dəniz Təşkilatının Dəniz Təhlükəsizliyi Komitəsinin 90-cı sessiyası işini başa çatdırıb

Azərbaycan, Bakı, 25 may /Trend/

Londonda keçirilən Beynəlxalq Dəniz Təşkilatının Dəniz Təhlükəsizliyi Komitəsinin 90-cı sessiyası işini başa çatdırıb.

Sessiyada Azərbaycanı Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Bu barədə Trend-ə ARDDA-nın mətbuat xidmətindən məlumat verilib.

Sessiya 16-25 may tarixlərində Londonda təşkil olunub.

168 üzv dövlətin və müxtəlif beynəlxalq təşkilatların iştirak etdiyi sessiyada dənizdə təhlükəsizliyin artırılmasına dair tədbirlər, yeni gəmilərin inşa edilməsi ilə bağlı standartların müəyyən edilməsi, Uzaq Məsafədən Tanınma və İzləmə sistemi (UMTİ/LRİT) ilə əlaqədar məsələlər, "Dənizçilərin hazırlanması, onlara diplom verilməsi və növbə çəkməyə dair Beynəlxalq Konvensiya"nın tətbiqi və s. məsələlər üzrə müzakirələr aparılıb.

Eyni zamanda, Dəniz Təhlükəsizliyi Komitəsinin iclasında son dövrlərdə beynəlxalq ictimaiyyəti dərindən narahat edən dəniz quldurluğu hallarının qarşısının alınması ilə bağlı həyata keçirilən tədbirlər, bu istiqamətdə beynəlxalq təşkilatlar tərəfindən hərbi qüvvələrin səfərbər edilməsi ilə bağlı görülmüş işlər və hazırda dəniz quldurları tərəfindən əsirlikdə saxlanılan dənizçilərin vəziyyəti barədə təşkilatın yeni seçilmiş baş katibi Koji Sekimizunun nitqi dinlənilib.

Dəniz Təhlükəsizliyi Komitəsinin iclasında Azərbaycan Respublikasında dənizçilərə verilən diplom və sertifikatların "Dənizçilərin hazırlanması, onlara diplom verilməsi və növbə çəkməyə dair Beynəlxalq Konvensiya"ya uyğunluğu ilə əlaqədar ARDDA tərəfindən hazırlanmış hesabat Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Amerika Birləşmiş Ştatları, Kanada və İsrail tərəfindən təqdim olunmuş eyniməzmunlu hesabatlarla birgə Komitənin Sessiyasının müzakirəsinə təqdim edilib.

Beynəlxalq Dəniz Təşkilatının Dəniz Təhlükəsizliyi Komitəsinin 90-cı sessiyası öz işini dəniz təhlükəsizliyi üzrə bir sıra mühüm qərarların qəbul edilməsi ilə yekunlaşdırıb.

Xəbər lenti

Xəbər lenti