...

Azərbaycandan Gürcüstana səfər edənlərin sayı artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 İyun 2012 15:37 (UTC +04:00)
İlin əvvəlindən Gürcüstana 1 299 685 əcnəbi vətəndaş səfər edib ki, bu da ötən ilin analoji dövr göstəricisindən 48,2 faiz çoxdur.
Azərbaycandan Gürcüstana səfər edənlərin sayı artıb

Gürcüstan, Tbilisi, 2 iyun /Trend, müxbir N.Kirsxaliya/

İlin əvvəlindən Gürcüstana 1 299 685 əcnəbi vətəndaş səfər edib ki, bu da ötən ilin analoji dövr göstəricisindən 48,2 faiz çoxdur. Trend-in məlumatına görə, bu barədə şənbə günü Gürcüstan Daxili İşlər Nazirliyin yaydığı məlumatda deyilir.

Gürcüstana ən çox əcnəbi vətəndaş Türkiyə (105,1 faiz artım), Azərbaycan (26,3 faiz), Ermənistan (38,2 faiz), Rusiya (99,2 faiz), Ukrayna (20,5 faiz) və İrandan (109,8 faiz) gəlir.

Həmçinin, Avropa İttifaqı ölkələrindən gələnlərin sayında artım qeydə alınıb. Mayda onların sayı Ukrayna və İrandan gələnlərin sayını üstələyir.

Xəbər lenti

Xəbər lenti