...

Azərbaycanın iş adamları Çində sənaye parklarının fəaliyyəti ilə tanış olacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 İyun 2012 13:21 (UTC +04:00)
Azərbaycanın iş adamlarından ibarət nümayəndə heyəti iyunun 10-16-da Çində səfərdə olacaq.
Azərbaycanın iş adamları Çində sənaye parklarının fəaliyyəti ilə tanış olacaq

Azərbaycan, Bakı, 6 iyun /Trend, müxbir Ə.Həsənov/

Azərbaycanın iş adamlarından ibarət nümayəndə heyəti iyunun 10-16-da Çində səfərdə olacaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) məlumatında deyilir.

Səfər zamanı Çin-Azərbaycan biznes forumu baş tutacaq. Çinin məhsul idxalçıları və avadanlıq istehsalçıları ilə ikitərəfli görüşlərin keçirilməsi gözlənilir. Həmçinin Azərbaycanın iş adamları Çində fəaliyyət göstərən sənaye parklarına baş çəkəcəklər.

Xəbər lenti

Xəbər lenti