...

"DəmirBank" ilə Türkiyəyə pul göndərmək daha asan və sərfəli oldu

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 İyun 2012 11:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 iyun /Trend/

"DəmirBank" Türkiyənin UPT sistemi üzrə pul köçürmələrini təqdim edərək, təcili pulköçürmə xidmətləri çeşidini genişləndirib.

Bankdan çərşənbə günü Trend-ə verilən məlumata görə, UPT sistemi ilə müştərilər Azərbaycandan Türkiyəyə daha sərfəli şərtlərlə 1 dəqiqə ərzində ABŞ dolları, avro və Türkiyə lirəsi ilə pul vəsaiti göndərə bilərlər.

"Azərbaycan və Türkiyə arasında geniş əlaqələri nəzərə alaraq, biz Türkiyənin UPT pulköçürmə sisteminə qoşulduq. Yeni köçürmə sistemi ilə Azərbaycandan Türkiyəyə pul göndərmək mümkündür. Bu ayın sonunadək Türkiyədən Azərbaycana, daha sonra isə bu sistemlə Rusiya, Almaniya, Niderland və digər Avropa ölkələrinə də pul göndərmək və almaq mümkün olacaq", - bankın idarə heyətinin sədr müavini Yusif Cabbarov bildirib.

Pulköçürmə xidmətlərini DəmirBank-ın 31 filialında həyata keçirmək mümkündür. Bank Western Union, Zolotaya Korona, Bıstraya Poçta, Contact, Coinstar, Blizko, PrivatMoney, Migom, Lider və UPT sistemləri ilə beynəlxalq köçürmələr həyata keçirir. "DəmirBank" özünün "Şimşək" sistemi ilə əhaliyə ölkədaxili köçürmə xidmətləri də göstərir.

DəmirBank-ın filiallarında ən azı 500 AZN/USD/EUR və ya 15000 RUR məbləğində pul köçürənə və ya alana 1 manatlıq, ən azı 2000 AZN/USD/EUR və ya 60000 RUR olduqda isə 2 manatlıq mobil danışıq kartı hədiyyə olunur.

Bankın pulköçürmə xidmətləri və kampaniyaları barədə www.demirbank.az saytından və ya 149 nömrəsinə zəng etməklə müştərilər ətraflı məlumat əldə edə bilərlər.

Xəbər lenti

Xəbər lenti