...

"FINCA Azerbaijan"ın Mərkəz filialının yeni ofisi açıldı

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 İyun 2012 16:01 (UTC +04:00)
"FINCA Azerbaijan" Qeyri-Bank Kredit Təşkilatı Mərkəz filialının yeni ofisinin açılışı mərasimini keçirib.
"FINCA Azerbaijan"ın Mərkəz filialının yeni ofisi açıldı

Azərbaycan, Bakı, 20 iyun /Trend/

"FINCA Azerbaijan" Qeyri-Bank Kredit Təşkilatı Mərkəz filialının yeni ofisinin açılışı mərasimini keçirib.

Təşkilatdan çərşənbə günü Trend-ə verilən məlumata görə, Bakı şəhəri, A.Məhərrəmov küçəsi, 3004 ünvanında yerləşən Mərkəz filialı Abşeron regionunda fəaliyyət göstərən kiçik və orta sahibkarlara geniş çeşiddə kredit məhsullarını təqdim edir. Mərkəz filialına müraciət edərək müştərilər minimal sənədlə, qısa müddət ərzində Həmrəy Kredit Qrupu, Ekspres Kredit, Kiçik və Orta Sahibkarlıq kredit məhsulları üzrə kreditlər əldə edə bilərlər.

"Bizim üçün vacibdir ki, gəlirindən asılı olmayaraq, FINCA-ya kredit almaq üçün müraciət edən hər bir müştəri şəxsi işinin qurulması və həyat standartlarının yaxşılaşdırılmasına nail olsun", - yeni ofisin açılış mərasimində çıxış edən "FINCA Azerbaijan"ın ölkə direktoru Maniş Sane deyib.

Onun sözlərinə görə, müştərilərə daha yaxın xidmət göstərmək üçün Bakıda bir neçə yeni filialın açılışı planlaşdırılır.

2006-ci ildən Abşeron regionunda fəaliyyət göstərən Mərkəz filial 5 milyon ABŞ dolları portfeli ilə 5000 nəfərə yaxın müştəriyə xidmət göstərir. Filialın müştəriləri 50 AZN/50 USD -50 000 USD həcmində kreditlər ala bilərlər.

Qeyd edək ki, "FINCA Azerbaijan" 5 qitənin 21 ölkəsində fəaliyyət göstərən və ortaq təcrübənin qlobal şəbəkəsini yaradan "FINCA International Inc."a məxsus olan və onun tərəfindən idarə edilən FINCA Mikromaliyyə Holdinqin (FMH) törəmə şirkətidir. FMH FINCA-nın missiyasını - öz işlərini yaratmaq, aktivlərini qurmaq və həyat standartlarını yüksəldə bilmək üçün aşağı gəlirli sahibkarları maliyyə xidmətləri ilə təmin etmək - bölüşən sosial məsuliyyətli investisiya tərəfdaşlarının fondları hesabına maliyyələşərək fəaliyyət göstərir. Ölkədə lider MMİ-larından biri kimi "FINCA Azerbaijan" müştəriləri Kənd Qrup Krediti, Həmrəy Qrup Krediti, Fərdi Ekspres Krediti, Kiçik və Orta Sahibkarlıq Krediti və Fərdi Kənd Kreditləri məhsulları daxil olmaqla bir sıra maliyyə məhsulları və xidmətləri ilə təmin edən və onlara həyat vasitələrini yüksəltmə imkanı yaradan 29 filial və 36 subfilialı vasitəsilə 125 min nəfərdən çox aktiv müştəriyə xidmət göstərir. "FINCA Azerbaijan" fəaliyyətin və davamlılığın ən yüksək kommersiya prinsiplərinə sadiqdir.

Xəbər lenti

Xəbər lenti