...

Azərbaycanda torpaqların səmərəli qiymətləndirilməsi üçün standartlaşdırma üzrə texniki komitə yaradılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 İyun 2012 15:30 (UTC +04:00)
Torpaqların səmərəli qiymətləndirilməsi və torpaq mülkiyyətinin dövlət, bələdiyyə və özəl növləri üzrə milli standartların hazırlanması məqsədilə Azərbaycanda TK-11 standartlaşdırılması üzrə texniki komitə yaradılıb.
Azərbaycanda torpaqların səmərəli qiymətləndirilməsi üçün standartlaşdırma üzrə texniki komitə yaradılıb

Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir Ə.Həsənov/

Torpaqların səmərəli qiymətləndirilməsi və torpaq mülkiyyətinin dövlət, bələdiyyə və özəl növləri üzrə milli standartların hazırlanması məqsədilə Azərbaycanda TK-11 standartlaşdırılması üzrə texniki komitə yaradılıb. Trend-in məlumatına görə, bu barədə cümə günü Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov "Torpaqların qiymətləndirilməsi və coğrafi informasiya/Geomatika" standartlaşdırılması üzrə texniki komitənin təqdimatında bildirib.

"TK-11-in tərkibinə katiblik və "Torpaqların keyfiyyətinin yaxşılaşdırılması üçün vasitələr", "Torpaq sahələrinin qiymətləndirilməsi", "Geoməkan xidmətləri", "Obrazlar", "Kadastr informasiyasının menecmenti və informasiya cəmiyyəti" və "Geodeziya və kartoqrafiya" adlı altı alt komitə daxil olacaq", - Məmmədov deyib.

Onun sözlərinə görə, həmçinin texniki komitə üzvü olan 20 şirkətdən ibarət siyahı təsdiq edilib.

Texniki komitə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin birgə əmri əsasında yaradılıb.

Texniki komitə torpaqların qiymətləndirilməsi, torpaq kadastrı, geodeziya və kartoqrafiya, coğrafi informasiya sistemi, milli məkan infrastrukturu sahəsində standartlaşdırma üzrə milli, regional və beynəlxalq tədbirlərin təşkili və keçirilməsi məqsədilə yaradılıb.

Təşkilatçı üzvlərin siyahısına müvafiq fəaliyyətlə məşğul olan mərkəzi icra hakimiyyəti orqanları, dövlət orqanları, Azərbaycan Milli Elmlər Akademiyasının elmi-tədqiqat institutları, ali məktəblər və bır sıra şirkətlər daxildir.

Xəbər lenti

Xəbər lenti