...

Kameral vergi yoxlamaları Azərbaycan dövlət büdcəsinə əlavə 54 milyon dollara yaxın vəsaitin ödənilməsini təmin edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 İyul 2012 19:58 (UTC +04:00)
Cari ilin yanvar-may aylarında kameral vergi yoxlamaları nəticəsində Azərbaycan dövlət büdcəsinə əlavə vergi qismində 42,1 milyon manat ödənilib.
Kameral vergi yoxlamaları Azərbaycan dövlət büdcəsinə əlavə 54 milyon dollara yaxın vəsaitin ödənilməsini təmin edib

Azərbaycan, Bakı, 4 iyul /Trend, müxbir Ə.Həsənov/

Cari ilin yanvar-may aylarında kameral vergi yoxlamaları nəticəsində Azərbaycan dövlət büdcəsinə əlavə vergi qismində 42,1 milyon manat ödənilib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "Vergilər" qəzetində dərc edilən məqalədə deyilir.

Hesablanmış ümumi vergi məbləği 133,5 milyon manat təşkil edib.

"AVİS (avtomatlaşdırılmış vergi informasiya sistemi) vasitəsilə aparılan 61 830 kameral vergi yoxlamaları nəticəsində 47,1 milyon manat əlavə vergi məbləği hesablanıb, dövlət büdcəsinə isə 18,6 milyon manat vəsaitin ödənilməsi təmin edilib", - məlumatda deyilir.

Təqdim edilən 629 459 bəyannamənin 207 282-də uyğunsuzluq aşkar edilib. Təqdim edilən bəyannamələrin 125 984-ü (və ya 60,8 faiz) sadələşdirilmiş vergi bəyannaməsi, qalan hissəsi isə digər vergi növləri üzrə olub.

Hesabat dövründə təqdim edilən bəyannamələrin ümumi sayından 577 537-si (və ya 91,8 faiz) elektron formada verilib.

Xəbər lenti

Xəbər lenti