...

Fizuli Ələkbərov: Azərbaycanda sosial müavinətlərin verilməsi sadələşdiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyul 2012 13:28 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsas məqsədlərindən biri sosial müavinətlərin verilməsi prosesinin sadələşdirilməsidir.
Fizuli Ələkbərov: Azərbaycanda sosial müavinətlərin verilməsi sadələşdiriləcək

Azərbaycan, Bakı, 13 iyul /Trend, müxbir Ə.Həsənov/

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsas məqsədlərindən biri sosial müavinətlərin verilməsi prosesinin sadələşdirilməsidir. Trend-in məlumatına görə, bu barədə cümə günü əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov 2012-ci ilin birinci yarısının yekunlarına həsr olunmuş geniş kollegiya iclasında bildirib.

"Müavinətlərin verilməsi prosesinin sadələşdirilməsi həmçinin o ailələr üçün nəzərdə tutulur ki, onların ailə başçısının əlilliyi, üç və daha çox uşağın olması və başqa amillərlə əlaqədar yaşayış şəraitinin yaxşılaşması üçün potensialı yoxdur. Bu ailələr öz ünvanlı sosial yardımlarını hər il yeniləməməli, ömürlük müavinətlə təmin olunmalıdırlar", - nazir deyib.

Ələkbərovun sözlərinə görə, tibbi-sosial ekspertizanın fəaliyyətində və başqa istiqamətlərdə ünvanlı sosial yardımın verilməsi sahəsində islahatlar planının dəqiqləşdirilməsi üzrə tədbirlərin həyata keçirilməsi prioritet istiqamətdir.

"Nazirliyin fəaliyyətinin bütün istiqamətləri yenidən nəzərdən keçirilməli və müəyyən edilmiş standartlara uyğunlaşdırılmalıdır", - nazir əlavə edib.

Ələkbərovun qeyd etdiyi kimi, hazırda mövcud ünvanlı sosial yardımın verilmə mexanizmi əhalinin sosial müdafiəsinin təminatı və ölkədə yoxsulluğun səviyyənin azaldılması üçün kifayət qədər effektiv alətdir.

"Əhalinin "asan pul" əldə etməsinə alışması çox əhəmiyyətli problemdir və biz hesab edirik ki, bu məsələyə daha çox prinsipial yanaşmaq lazımdır. Potensialı olan şəxslər işlə təmin olunmalıdırlar", - nazir deyib.

Ələkbərovun sözlərinə görə, bu istiqamətdə ilk addımlar artıq ünvanlı sosial yardımın (ÜSY) verilməsinin alternativ mexanizmi olan "Özünədəstək" layihəsi çərçivəsində atılıb. O bildirib ki, ÜSY alan şəxslərin 49 faizi çoxuşaqlı ailələrdir, 25-30 faizə isə fəal nəzarət etmək lazımdır, ona görə ki, onları "Özünədəstək" proqramına cəlb etmək olar.

"Eyni zamanda, pensiyaçılar ömürlük ünvanlı sosial yardımla təmin edilməlidirlər, çünki onların bizneslə məşğul olmaq imkanları yoxdur", - nazir deyib.

Ələkbərov, həmçinin nazirliyin ünvanlı sosial yardımı təyin edən əməkdaşları ilə bağlı problemi aktual hesab edib və bildirib ki, bu məsələ ilə bağlı yoxlamaların nəticələri sentyabrda elan ediləcək.

"Əgər maddi yardımların təyinatı ilə bağlı vəzifə səlahiyyətlərini aşmaq faktı üzrə neqativ hallar aşkar edilərsə, bütün məlumatlar hüquq-mühafizə orqanlarına veriləcək və bu proseslə əlaqəsi olan əməkdaşlar dərhal işdən çıxarılacaqlar", - Ələkbərov deyib.

Xəbər lenti

Xəbər lenti